QALMAQAL: Roza Zərgərli: “Seda Sayan diski stolun üstündə qoyub getdi!”
03 mart 2011 18:22 (UTC +04:00)

QALMAQAL: Roza Zərgərli: “Seda Sayan diski stolun üstündə qoyub getdi!”

Müğənni Roza Zərgərli illər öncə repertuarında yer alan “İstanbul qızı” adlı mahnını yeni aranjemanda və İstanbulda çəkdirdiyi kliplə tamaşaçılara təqdim etməyə hazırlaşır. Müğənni Lent.az-a açıqlamasında mahnını təqdim etməyə hazırlaşdığı bir vaxtda bəstəkar tərəfindən anlaşılmaz təpki ilə qarşılaşdığını deyib: “Hazırda montaj işləri gedir, ən gec mayın əvvəlində tamaşaçılara təqdim olunacaq. Klipi İstanbulda Boğazda çəkmişik. Mahnını sözlərini Zəlimxan Yaqub çoxdan yazıb, aşıqlar dəfələrlə oxuyublar. Mahnı ifa olunandan sonra sənətimdə fasilə verdiyimdən bütün mahnılarım kimi, onu ifa etməmişdim. Bunu özünə səbəb götürən bəstəkar Aynur Adilqızı mahnımı bir kişi, bir qadın müğənniyə təklif edib. Onlar hər ikisi məni müəllif kimi tanıdıqları üçün imtina edib. Bu mahnı Seda Sayan Bakıya gələndə CD formasında türk müğənnisinin ifası üçün təqdim olunub. Seda Sayan da gedəndə stolun üstündən heç o mahnını götürməyib. Diski stolun üstündə qoyub gedib”.


Dediyinə görə, “İstanbul qızı”nın sözlərini Zəlimxan Yaqub yalnız Roza Zərgərlinin mahnıda oxumasına icazə verib. Müğənni ötən ay musiqini başqa sözlərlə Abbas Bağırovun ifasında eşidib: “Ötən ay mahnının ladları üzərində Abbas Bağırov oxuyub. Çünki Zəlimxan müəllim məxsusi mənim üçün yazıb. Mən sənətə ikinci qayıdış etdiyim üçün əvvəlcə danışmaq istəmədim. Dedim, fikirləşərlər ki, qalmaqal üçün səbəb axtarır. Lakin bayram çəkilişində bu mahnını oxudum, bəstəkar mənə zəng etdi ki, niyə bunu oxumuşam? Əvvəla, mən bu mahnı üçün qonorar ödəmişəm. Bildiyimə görə, Abbasa mahnı pulsuz təqdim olunub. Abbas zəng edib Aynur xanıma “mən bu mahnını oxumuşam, albomuma daxil edirəm, Roza xanım oxumasın” deyib. Sonra da Roza Zərgərli adında adam tanımadığını bildirib. Halbuki Abbas “Gəncəli balası”ndan sonra “Həsrət” adlı mahnını mənim tövsiyəmlə oxuyub. “Həsrət” Kübra Məhərrəmova adlı gənc bəstəkarın mahnısı idi. Abbas o mahnı ilə daha populyar oldu. Necə ki, mən ikinci dəfə Rüfət Əfəndiyevin mahnıları, aranjemanı ilə yenidən məşhurlaşdım. Çox nahaq tanımır! Tanımalıdır! Əvvəl maneə yaratmaq istəmirdim, amma indi deyirəm ki, onun mahnını alboma daxil etmək hüququ yoxdur. Oxusa, məhkəməyə verəcəyəm. Bir halda ki o, mənim mahnını oxumağıma mane olmağa çalışır. Əvvəla bütün müğənnilər mahnını alanda soruşur ki, bunu oxuyan olub, ya yox?”


Müğənni onu da əlavə edib ki, bu, həmkarları tərəfindən gördüyü birinci haqsızlıq deyil: Daha əvvəl Samir Piriyev mənim mahnımı birinci toyunda səsləndirmək üçün icazə aldı. Bir müddət sonra Samir Piriyev mahnını radiolardan birində öz ifasında təqdim etdi. Zəng edib, proqrama qoşulmaq istədim. Deyəcəkdim ki, ən vacib günündə mahnımı oxuyub, elə bundan sonra da oxusun. Mən proqrama bağlanmaq istəyəndə Samir Piriyev mane olub. Heç olmasa, Abbas sadəcə mənim oxuduğum mahnını oxuyub.Samir isə özümün xərcini çəkdiyim, hazırladığım mahnını bağıra-bağıra oxuyur! Mən əvvəlcə bunu deyə bilməzdim, çünki reklam üçün belə addım atdığımı iddia edəcəkdilər. Ancaq indi heç kimə icazə verməyəcəyəm ki, haqqımı tapdalasın!”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1823

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47