Tamer Karadağlı: “Bütün heyət təəssüfləndi...” - EKSKLÜZİV
Açığı, mən üçün çox xoşagəlməz haldır. Hər fürsətdə Azərbaycanı sevdiyimi və könüldən bağlı olduğumu deyirəm. Tək mən deyil, bütün heyət üzgündür”.
“Cocuqlar duymasın” serialını əsas rol ifaçısı Tamer Karadağlı (Haluk) Lent. az-a eksklüziv açıqlamasında Türkiyənin ATV telekanalında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Birol Güvənin Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağı ilə bağlı xəbərlərə münasibət bildirib.
Tamer Karadağlı “Aramızda qalsın” filmini izlədiklərini və istehsalçı şirkətin sözügedən serialı çəkən azərbaycanlı şirkətə qarşı məhkəmə tədbiri görüləcəyi xəbərini təsdiq edib: “Bu iş pulsuz ərsəyə gətirilib. Halbuki onların təqlidinə bizdə əməlli-başlı əmək sərf edilib. Çox təəssüflə də olsa, deməliyəm ki, tədbir görüləcək. Hazırda çəkilişdəyik. Bütün heyət bu hadisəni xoş olmayan hadisə kimi qiymətləndirir”.
Lalə Yusifqızı

845