“Çocuklar duymasın”ın ssenaristi: “Vəkillərimiz lazımi addımları atacaqlar”
01 mart 2011 17:21 (UTC +04:00)

“Çocuklar duymasın”ın ssenaristi: “Vəkillərimiz lazımi addımları atacaqlar”

Bu açıqlamanı Lent.az-a Türkiyənin ATV telekanalında nümayiş olunan “Çocuklar duymasın” serialını istehsal edən “Made in Turkey” şirkətinin prezidenti, eyni zamanda serialın ssenari müəllifi Birol Güven verib. O, Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialının “Çocuklar duymasın”ın eyni olduğunu bildirib və bunun yolverilməz olduğunu deyib.

Birol Güvən bu məsələ ilə vəkillərin məşğul olacaqlarını bildirib.

Özünün “Twitter” hesabında isə Birol Güven məsələ ilə bağlı bunları yazıb: “Çoçuklar duymasın”ı Azərbaycanda yenidən çəkiblər. Həm də icazəsiz. Adını da “Aramızda qalsın” qoyublar. “Twitter”dəki bir dostumdan öyrəndim. Ona təşəkkür edirəm. “Çocuklar duymasın”ı azəri aktyorların ifasında izləmək mənim xoşuma gəldi, amma vəkillərimizin xoşuna gəlmədi. Onlar lazımi addımları atacaqlar”.

Qeyd edək ki, bu günlərdə Azərbaycanda “Xəzər” telekanalında “Aramızda qalsın” adlı yeni serial yayımlanmağa başlayıb. Serial Türkiyədə yayımlanan “Çoçuklar duymasın” serialanının Azərbaycanda çəkilmiş yeni versiyasıdır. “Aramızda qalsın”ın ideyası, mövzusu, süjeti, obrazları, hətta serialdakı evin dizaynına qədər “Çoçuklar duymasın”dan götürülüb.

“Aramızda qalsın” serialını çəkən Xəzər TV “Çoçuklar duymasın”ın prodüserindən heç bir icazə almayıb.

Elmin Həsənli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar