Nisə Qasımova “Telekanallarla dostluğum mənə mane olur”
25 fevral 2011 18:02 (UTC +04:00)

Nisə Qasımova “Telekanallarla dostluğum mənə mane olur”

Müğənni Lent.az-a açıqlamasında efirdə çox görünməyi xoşlamasa da, dostlarının xətrinə prinsiplərinə zidd davrandığını etiraf edib: “Bəzən telekanallardan gəlirlər ki, proqrama dəvət edirlər, hansısa mövzularda çıxış etməyimi istəyirlər. Görürəm ki, münasibət, bu dostluq mənə mane olur. Əlbəttə ki, dostluqdan xeyir gördüyüm məqamlar da çoxdur”.


Müğənni xalqın gözünü yormaq istəmədiyini deyib: “Bəzən ay yarım görünmək istəmirəm. Camaatın gözünü eyniliklə yormaq istəmirəm. İstəyirəm, məni yeni bir ampluada görsünlər. Həm görünüş, həm də intellekt repertuarla vəhdətdə olmalıdır. Amma dostluq etdiyim telekanallara etiraz etmək olmur. Xətirlər xətrinə efirdə müəyyən mövzu ilə bağlı çıxış edirsən. O da müəyyən ziyan vurur. Bircə qanımın arasına xəstəlik girir”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 697

Oxşar yazılar