Gələn il “Eurovision”a kim gedəcək?
Bu barədə Lent.az-a musiqiçinin özü məlumat verib. Musiqiçi deyib ki, nə vaxt məsləhət görülsə, ansamblı ilə birlikdə müsabiqədə ölkəsini layiqincə təmsil etməyə hazırdır: “Belə bir təklif olsa, mən indidən “hə” cavabını verirəm. Həmişə demişəm və bir daha təkrarlayıram, bu iş o deyil ki, harasa gedib bir solo-konsert verəsən. Hansısa böyük bir konsertdə bir nömrə ilə çıxış edərsən və Azərbaycan bayrağını ucalda bilərsən. Məncə, Vətənini sevən bütün musiqiçilər bu fikirdədir”.
Ənvər Sadıxov Avropanın bir nömrəli musiqi yarışmasında komanda şəklində iştirakın tərəfdarı olduğunu deyib: “Dünya praktikasına nəzər yetirsək görərik ki, “Eurovision”da çıxış edən bütün ölkələr xüsusi komanda şəklində mübarizəyə qoşulur. Burada məsuliyyət təkcə ifaçıların üzərinə düşmür. Azərbaycan olaraq, bu yarışmaya indiyədək üç dəfə qatılsaq da, hesab edirəm ki, həm Samir-Elnur, həm də Aysel-Araş dueti, həmçinin Səfurə Əlizadə yetərincə güclü rəqib olduqlarını sübut edə bildi. O ki qaldı Eldar və Nigar duetinə, onların da yüksək səviyyədə Azərbaycanı təmsil edəcəyinə inanıram”.
Nəzrin

648