“Bu Şəhərdə”: Parodiyalarımızda təkcə iki nəfəri alçaltmışıq
Bu barədə Lent.az-a “Bu şəhərdə”nin prodüseri və ssenaristi Müşfiq Abbasov məlumat verib. Müşfiq Abbasov tamaşaçılar üçün maraqlı proqram hazırladıqlarını deyib: “Həmişə olduğu kimi bu dəfə də toy olacaq. Saat 9-da “toy edəcəyik”. Digər maraqlı səhnəciklər də olacaq. Bu dəfə repertuarda Otello və Dezdamona obrazları da nəzərdə tutulub. Sonra lotereya uduşu olacaq. Kasıb yox, acgöz bir şəxs lotereyanı udacaq və sonra həyatı dəyişəcək”.
Qeyd edək ki, aktyorlar Rafael İsgəndərov və Coşqun Rəhimovun təqdimatında bu dəfə gülüş hədəfləri sənətçilər Firuzə İbadova və Cavanşir Məmmədov dueti, Eyyub Yaqubov, Samira, “Modern Tolkinq” qrupu olacaq. Səhnəciklərdə habelə “Günə baxan” və “Toylar kraliçası” layihələrinin parodiyaları yer alacaq.
Prodüser parodiya etdikləri müğənnilərin reaksiyasından danışıb: “Çox vaxt bizdən xahiş edirlər ki, onları parodiya edək. Çünki biz heç vaxt parodiyalarla müğənniləri alçaltmamışıq. Konsert öncəsi əsib-titrəyənlər də olub. Sonra təşəkkür ediblər. Bülənd Ersoy və Mixail Qusmanı alçaltmışıq. Bunun üçün də səbəb olub”.
Lalə

1844