Sənətçimiz model dostuna ad günündə brilyant sırğa bağışlayıb
21 fevral 2011 15:59 (UTC +04:00)

Sənətçimiz model dostuna ad günündə brilyant sırğa bağışlayıb

Lent.az-ın məlumatına görə, Türkiyədə yaşayan məşhur modelə ad günü məclisini Bakıda yaşayan dostlarından biri hədiyyə edib. Günay Musayevanın bu il 24 yaşı tamam olur.

Məclisində modelin ən yaxın dostları iştirak edib. Onların arasında müğənni Elnur Məmmədov, Emil Bədəlov, Sevinc Ağaşirinova, prodüser Tarix Əliyev, stilist Anar Ağakişiyev və digərləri də olub. Modelin ən yaxın dostu “Şeron Elnur” Günaya brilyant sırğa hədiyyə edib.


G.Musayeva Lent.az-a açıqlamasında gələn il ad gününü təmtəraqlı şəkildə qeyd edəcəyini deyib: “Bu il ad günümdə az sayda müğənni iştirak edirdi. Çox yaxın adamlarımın arasında olmaq istədim. Yaxın adamlarımın arasında müğənni Elnur, Emil Bədəlov, Sevinc Ağaşirinova, Tarix Əliyev, Anar Ağakişiyev var idi. Bu məclisi çox yaxın dostum ad günümdə hədiyyə edib. Xalq artisti Aygün Kazımova zəng vurub məni təbrik edib. O qadını çox sevirəm. Bizim xasiyyətlərimiz də oxşardır. Hər ikimiz də Dolça bürcündənik. Bundan başqa, Ruhi təbrik edib, onunla ad günümdən sonra görüşdük”.


Musayeva ad günündə əhvalının o qədər də yaxşı olmadığını deyib. Model səbəb kimi həmin gün sevgilisinin yanında olmamasını göstərib: “Türkiyədə birlikdə qeyd etdik, təəssüf ki, işlərinə görə, Bakıya gələ bilmədi”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2298

Oxşar yazılar