(R) Türkiyənin “By Tike” restoranı ləzzəti Bakıya gətirdi
21 fevral 2011 11:37 (UTC +04:00)

(R) Türkiyənin “By Tike” restoranı ləzzəti Bakıya gətirdi

Lent.az-ın məlumatına görə, yeni istifadəyə verilən restoranının açılışında iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç qırmızı lenti kəsib və restoran əməkdaşlarına uğurlar arzulayıb.

Tədbirdə xeyli sayda tanınmış insanlar iştirak ediblər. Onların arasında “Best Model of the World” yarışmasının prezidenti Erkan Özərman, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, “Best model of Azərbaycan”in builki qalibi Günay Musayeva, Türkiyənin, eləcə də Azərbaycanın sənət adamları da olub.

Restoranın müdiri Göktel Sunter jurnalistlərə açıqlamasında bildirib ki, restoran qapalı şəkildə 250, açıq şəkildə isə 350 nəfər qonaq qəbul etmək imkanına malikdir: “Restoranda türk mətbəxinin özəl yeməkləri qonaqlara təqdim olunacaq. Burada dincəlmək üçün gözəl şərait var. Restoranımız Bakıda yaşayan və ləzzətə, dəyərə qiymət verən insanların görüşmə nöqtəsi olacaq. Restoranda hazırlanan yeməklər arasında əsasən türk yeməkləri üstünlük təşkil edəcək. Həmin yeməklər xüsusi reseptlərlə hazırlanacaq. Qiymətlər isə çox münasibdir”.

Qeyd edək ki, ayrıca yemək otaqları və parkinq xidməti ilə qonaqların rahatlığını təmin edən “By Tike” restoranı Ceyhun Hacıbəyli küçəsində yerləşir. Restoran haqqında ətraflı məlumatı (+99412) 440 85 15 və 440 62 52 şəhər nömrələrindən əldə etmək olar.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2735

Oxşar yazılar