Yeni boşanan müğənnimiz özünü yaradıcılığa həsr edəcək
Gənc xanəndə Lent.az-a açıqlamasında yaradıcılıq işləri ilə ciddi məşğul olduğunu, ilk albomunu təqdim edəcəyini deyib: “Maraqlı fotoları, müxtəlif təsnif, xalq və bəstəkar mahnıları ilə zəngin olan albomumun hazırda son tamamlama işləri görülür. Bu, mənim təqdim edəcəyim ilk böyük işimdir”.
İlk alboma “Qoy gülüm gəlsin”, “Bir gül seçdim”, “Mənim Azərbaycanım” kimi məşhur xalq mahnıları, “Segah” və “Şur” təsnifləri, eyni zamanda “Qızıl gül” adlı duet mahnı daxildir: “Hikmət Mir əmmədlinin bəstəsini də alboma daxil etmişəm. Cavid Cavadoğlunun mahnısını isə albomda ən yeni bəstə hesab etmək olar”.
O əlavə edib ki, yaxın vaxtlarda bölgələrdə silsilə proqramlarla çıxış edəcək: “Əslində ilk konsertimi paytaxt Bakıdan başlamaq istəyirdim. Lakin həmyerlim olan qubadlıların təklifini nəzərə alıb onların sıx məskunlaşdığı Sumqayıtdan bu konsertlərə başlamağa qərar verdim. Hazırda konsert üçün hazırlıq işləri görülür. Növbəti çıxışım isə Bakıda nəzərdə tutulub. Yay aylarında bölgələrdə konsert verəcəyəm ”.
Xatırladaq ki, müğənninin adını daşıyan sayt da yaxın aylarda istifadəyə veriləcək.
Lalə Yusifqızı

2753