Mel Gibson ölmək üçün yol axtarır
04 fevral 2011 17:29 (UTC +04:00)

Mel Gibson ölmək üçün yol axtarır

Hollivud ulduzu, tanınmış aktyor, ssenarist və prodüser Mel Gibson sui-qəsdə cəhd edib.
Lent.az-ın “evrosmi.ru” saytına istinadən verdiyi məlumata görə, Mel Gibsonun dostu, ssenarist Piter Biskaynd deyib ki, Mel Gibson polisi təhqir edərək ona atəş açmasına nail olmaq istəyib.


Piter Biskaynd bildirib ki, Mel Gibson ailəsi dağılandan sonra özünü çox pis hiss edir. Ona görə də ölmək üçün müxtəlif yollar axtarır.


Qeyd edək ki, Mel Gibsonun xanımı Robin ərini daimi olaraq ona müxtəlif qadınlarla xəyanət etdiyi və alkoqollu içkilər qəbul etdiyi üçün evdən qovub. Cütlük 26 il ailə həyatı yaşayıb. Onun özündən xeyli gənc olan rusiyalı qadınla evliliyi isə uzun sürməyib. Aktyorun 1-ci evliliyindən 7, 2-ci evliliyindən isə 1 övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar