Pişik Günel: “Əlhəmdülillah, müsəlmanam...” - MÜSAHİBƏ
07 avqust 2009 15:00 (UTC +04:00)

Pişik Günel: “Əlhəmdülillah, müsəlmanam...” - MÜSAHİBƏ

Şou-biznes aləmində “Pişik” ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova özü barəsində açıqlanan son iddaları cavablandırıb. O, xristianlığı qəbul etməsi barədə deyilənlərə və jurnalist Cavanşirlə müğənni Mehrimin onun barəsində söylədiklərinə ətraflı cavab verib. Sualı gözləməyən Güneldən Lent.az-a ilk açıqlama gəlib.

- Mənim dinimə kimsə nəsə deyə bilməz!

- Bəs necə oldu ki, Mehrim məhz belə bir iddia ilə çıxış etdi?

- Onu yazandan, iddia edən adamdan soruşun, mənə niyə deyirsiniz? Oturub ağıllarına gələn söhbəti ediblər. Bəs, bunu məndən soruşa bilməzdilər?

- İndi mən soruşuram, hər halda iddianı cavablamaq üçün söz haqqın var.

- Mən, əlhəmdülillah, müsəlmanam.

- Bax, Günel, əvvəl dost idiniz, düzdü? Sən, Mehrim, Cavanşir, Fərruxla da…

- …Fərrux kimdi? Onun adını niyə hallandırırsınız, o oldu keçdi.

- Demirsən ki, mənə bu iddialarla bağlı sual ver?.. Mən də sual verirəm…

- …

- Necə oldu ki, o münasibətdən bu səviyyəyə gəlib çatdırdınız. İndi də mətbuatı günahlandırırsınız.
.
- Mən mətbuatı günahlandırmıram. Sadəcə, onlar da mənim fikrimi öyrənməli idilər. Hansısa bir haqsızlıqlar olursa, kimsə mənim dini mənsubiyyətimə qarışırsa, jurnalist ondan açıqlama istəməlidir. Mən evimdə də, maşınımda da “Quran” saxlayıram.

- Sənə elə gəlmir ki, həddən artıq açıq-saçıq olmaqla, zəng vurub özünüz haqqında dəxli olan-olmayan informasiyanı bəyan etməklə bu şəraitə gətirib çıxarmısan? Düşünmürsən ki, bu kimi hallara alışdırdığın mətbuatı qınamaq yersizdir? İstər-istəməz mətbuat maraqlanır, soruşur, yazır…

- Siz mətbuatın tərəfini saxlayırsınız, mən sizə haqq verirəm. Lakin bu elə bir şeydir ki, mənim dinimdir. Mənim dinim haqqında kimsə nəsə deyirsə, bu, son etapdır. Bunu yazmazdan öncə məndən soruşmaq lazımdır. O necə sübut edə bilər? Mən deyilən bütün sözlərə görə məhkəməyə müraciət edəcəyəm. Qanun qarşısında cavab versinlər.

- Cavanşirin açıqlamalarına nə deyə bilərsən?

- Bu gün Cavanşir jurnalist kimi heç yerdə fəaliyyət göstərmir. Onu jurnalist kimi heç kim qəbul etmir. O ki qaldı onun oriyentasiyası ilə bağlı söhbətlərə, hazırda müzakirələr gedir. Yenə deyirəm, kim nə deyir-desin, onun oriyentasiyası haqqında fikirlərin mənə aidiyyəti yoxdur. Mən də heç nə deməmişəm. Əgər onun orientasiyası ilə bağlı müzakirələr gedirsə, bunun günahkarı mən deyiləm, məhz özüdür. Özünü belə pis qələmə verib. Bu, onun öz günahıdır. Kimin orientasiyasında nəsə problem varsa, burda mənim nə günahım var, bunu başa düşmədim? O hansı orientasiyaya malik olduğunu sübut etmək üçün, xahiş edirəm, mənim adımı hallandırmasın. Onun arvadı var, neçə ildir ailə həyatı qurublar, bir övlad dünyaya gətirsinlər, camaat da yaxşı şeylər fikirləşsin. Övlad dünyaya gətirsin. Bu, bir. İkincisi, Cavanşirlə dostluq etmişəm, heç vaxt yanında qız görməmişəm həmişə özü kimi oğlanlar olub əhatəsində.

- Mehrim…

- …Mehrim nə vaxtın müğənnisi olub? O Türkiyəyə gedirdi, gələndə mal vurub gətirirdi. Mən də o Türkiyədən gələndə pulunu verib pal-paltar almışam, müğənnilərdən də bəzilərini onun yanına gətirmişəm. Deyir, Hacıbaba Hüseynov mənim müəllimim olub. Ayıbdır e, Allah Hacıbaba Hüseynova qəni-qəni rəhmət eləsin, amma belə insanlar onun adını çəkib, ruhunu narahat eləməsinlər. Muğam teatrında vokalist Zeynəbdən dərs alıb. Hacıbaba Hüseynovun niyə adını çəkir? Oraya da başqa əməllərə görə gedib-gəlirdi, oxumaq məqsədi ilə yox.

- Mehrim iddia edib ki, vaxtilə sənə çox kömək edib, hətta evində qalmaq üçün şərait belə yaradıb.

- Allaha şükür, mən 6 ildir sənətdəyəm, heç bir şeydən ötrü də kasıbçılıq çəkməmişəm. Onun dedikləri hamısı absurddur. Mehrimin özü, gəlinləri, qardaşı uşaqları mənim hesabıma dincəliblər. Gəlib-gediblər, düzdü, mən də onların evində olmuşam. Amma mənim ehtiyacım olmayıb ki, kiminəsə evində gedim, yaşayım. O kimdi ki? Özü kişilərlə görüşüb pul əldə edir. Məni hamı tanıyır. Bilirsiniz, o özündə olanı… Deyir, meymun baxar güzgüyə, adın qoyar özgəyə. Bakı balaca şəhərdi, hamı bir-birini tanıyır. Elin gözü tərəzidir. Müsahibəsində deyir ki, Güneli bir dostum gətirdi bizə... Bəli, o mənim dostum idi, o da mənim dostumun sevgililərindən biri idi. O da mənim müğənni olduğumu bilirdi və deyirdi ki, müğənnidir, gəlsin səndən mal alsın. Mən də Səidəni, Xuramanı onun yanına aparmışam. Mən tədbirlərə gedəndə o mənim yanımda prodüser kimi fəaliyyət göstərirdi, diskləri dəyişirdi. O getsin özündən danışsın ki, gəlinini də vurub qoltuğuna, səhərə qədər küçələri gəzir. Qardaşının dərdini çəksin. Öz keçmişinə baxsın. Namuslu qadın obrazı yaratmaqla deyil. Bir insan ki, ona çörək verən şəxs, yəni sevgililərindən biri haqqında polisə şikayət edir və ondan pul alır, Siz ondan nə gözləyə bilərsiniz? Ayıbdır, yaşından-başından utan, elə hərəkət et ki, övladların böyüyür, gələcəkdə analarından utanmasınlar. Məni də necə ki, şərləyir, böhtan atır, Allaha tapşırıram. Cavanşir də, Mehrim də dedikləri hər bir sözə görə, şərə-böhtana görə Allah və qanun qarşısında cavab verəcək.
Mənim ailəm mənə hər zaman dəstəkdir. Onun ailəsi bilinmir kimdir, nədir. Gəlib burda sayta dəxlisiz pozalar verməsin. Artıq o heç kimə lazım deyil. Normal heç bir kişi ona tamah sala bilməz, boş yerə poz verməsin. İkincisi də, rəhmətlik… kim idi o? Hə Hacıbala (Hacıbaba – red.) Hüseynovun da adını çəkməsin. Allah ona qəni-qəni rəhmət eləsin, belə əqidəsizlər də onun adını hallandırmasın, qoy onun ruhunu narahat etməsin.

- Yəni, demək istəyirsən, sənin vaxtilə evdən qovulmağın barədə iddialar yalandır?

- Ətrafımda məni tanıyan çox adamlar var, onlar evimə gəlib-gediblər, görüblər. Elə o Mehrim də, Cavanşir də mənim evimə gəlib-gediblər. Həmin o Cavanşirdir ki, “Space”in yanında qalanda onun aylıq 400 dollar kirayə pulunu verirdim. Həmişə də səhnəyə marka geyinib çıxmışam. Mən onun paltarlarını necə geyinə bilərəm, bəyəm o, mənim ölçümdədir? Hamı bilir ki, mən ən bahalı mağazalardan şoppinq etmişəm. Mən istəmirəm ki, mənim Günel adımın altında, özü də xahiş edirəm, yazanda da Pişik Günel yazmayın da, Cavanşir kimi, Mehrim kimilərinin məlum olmayan şəxslərin adı hallanmasın, bu mənim üçün pis nəticədir. Mən onların barəsində nə isə desəm, özümə hörmətsizlik etmiş olaram. Hərə getsin öz dərdini çəksin. Mən öz layihələrimlə məşğul oluram.

- Nədir o layihələr?

- Cavanşirlə Mehrim bütün günü caduları gəzirlər. Cavanşir getsin arvadının yanında otursun…

- …Günel, layihə soruşuram e, nə layihədir o?

- Hə, layihə? Yeni mahnılarım var, Rəhim Rəhimlidən, Rəhmandan, sonra Nailə Mirməmmədlidən yeni mahnılar götürmüşəm. Albomum işıq üzü görəcək. Yeni mahnım var, ona da oktyabr ayında klip çəkdirəcəm, lirika olacaq. Bildiyiniz kimi, iki dənə kinoda (film – red.) oynamışam, biri komediyadır, Elməddingillə filan…

- “Gəmidə səyahət”.

- Ay sağ olun, bax o! Biri də mafiya ilə əlaqədardır, orada da baş rolda oynayıram. Qaldı Pişik ləqəbinə, o mənim klipdəki obrazımdır. 2004-də “Qasqanıram” adlı mahnıya klip çəkmişdi. Elə bir obraz yaranmışdı, qız dönüb pişik olur. O vaxt Günel çox olduğu üçün “Pişik” deməyə başladılar. Belə də ki, Pişik olanda nə olar?
Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2400

Oxşar yazılar

Məhkəmə Roza Zərgərlini təqsirləndirilən şəxs  kimi tanıdı

Məhkəmə Roza Zərgərlini təqsirləndirilən şəxs kimi tanıdı

13 dekabr 2024 , 12:20
Məşhur müğənni özünə qara gün üçün kişi axtarır

Məşhur müğənni özünə qara gün üçün kişi axtarır

13 dekabr 2024 , 10:14
Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03