İlhamə Quliyeva sirr kimi gizlədir...
01 fevral 2011 15:15 (UTC +04:00)

İlhamə Quliyeva sirr kimi gizlədir...

Bu barədə Lent.az-a məlumat verən müğənninin mətbuat katibi Faiq Ələkbərli bildirib ki, yaxşı istirahət edib, bol enerji toplayan sənətkar yeni layihələrə start verəcək.

Müğənni yenidən bəstəkar, millət vəkili Novruz Aslanla yaradıcılıq ünsiyyətini davam etdirəcək. Xalq artisti artıq Novruz Aslanın bir neçə mahnısını lentə aldırıb. Həmin mahnıların birinə klip çəkilməsi nəzərdə tutulub.

Bundan başqa o, bu il ərzində yeni iri miqyaslı layihələrə imza atmaq niyyətindədir: “Maraqlı layihə olacaq. Gözləməyə dəyər. Hələlik bu barədə mətbuata açıqlama verməyəcəyik”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar