Emin Musəvi: “Rəqiblərimiz özlərini bizə oxşatmağa başlayırlar” – MÜSAHİBƏ
Bu gün efir məkanının ən reytinqli radiolarından olan 106.3 FM-in ad günüdür. Bu münasibətlə radionun rəhbəri Emin Musəvi ilə görüşüb söhbət etdik. Emin Musəvi uğurların sirrini Lent.az-la paylaşdı.
- Bu ay uğurlu müəssisələrin ayıdır. Bütün birincilərin əksəriyyətinin ildönümü bu aya təsadüf edir.
- Əslində bu radio orta dalğada çoxdan fəaliyyət göstərir. Beş ildir ki, FM dalğasında fəaliyyət göstəririk. Ona görə də deyə bilmərik ki, 5 yaşımız tamam olur. Düz 5 il öncə Azərbaycanda Sevgililər günü kimi qeyd olunan 30 iyunda Azad Azərbaycan radiosu efirə çıxdı. Bu da simvolik idi - yəni sevə-sevə həqiqətən... Düşünürəm ki, nəinki bu gün, bu 5 il bizim üçün uğurlu olub.
- Əvvələr televiziyada fəaliyyət göstərirdiniz, nə vaxtdan radioya cəlb olundunuz?
- Düz 5 il bundan əvvəl Azad Azərbaycan teleradio şirkətinin rəhbərliyində belə bir fikir oyanıb ki, efirdə yeni bir layihə reallaşdırsın. İlk gündən burdayam. Mən və texniki direktorumuz Teymur Qasımov birlikdə balaca bir otaqda musiqini efirə verirdik.
Yeniliyə həmişə fikir verilir. Lakin uğuru qoruyub saxlamaq çətindir. Düşündük ki, niyə elə milli musiqilərimizi yayımlamırıq? Beləcə, milli musiqilərimizin təbliğinə başladıq. “Bir millət iki dövlət” prinsipilə türk musiqilərinə də yer ayırırıq. Lakin əsas yer Azərbaycan mahnılarına verilir. 1997-dən radioda işləyirəm. Yadımdadı, o vaxt Azərbaycan mahnılarını tapıb efirə vermək çox çətin idi. Həqiqətən mahnı qıtlığı var idi. Pafoslu çıxmasın, milli musiqilərin təbliği bizim ən böyük uğurumuzdu. Bunu yoxlamaq asandır, nəqliyyatda və ümumiyyətlə, insanların daha çox olduğu yerlərdə ən çox bizim radio dinlənilir.
- Bayaq bir fikir işlətdiniz: uğur qazanmaq, uğuru qoruyub saxlamaqdan asandır. Beş il ərzində qazandığınızı qoruyub saxlaya bilmisiniz, yoxsa, rəqiblərlə yarışdasınız?
- Bu, normal prosesdir. Beş il ərzində iki ay durğunluq yaşaya bilərsən. Burada insan faktoru rol oynayır. Ola bilər, səhvlər də olur, əgər səhv varsa, deməli, iş də var. Elə layihələr var ki, biz yenilik kimi təqdim edib, dinləyicilərimizi yorulub bizdən uzuqlaşmağa qoymamışıq. Saundtrekləri götürək, məsələn, məşhur filmlərdən ən yadda qalan fraqmentlər, məşhur hitlərin instrumental alətlərdə ifası və s. Azərbaycanda imic melodiyalarının yazılması da bizim ideyamızdır. Biz məxsusi bəstəkar Faiq Sücəddinova sifariş edib melodiya yazdırmşıq. Bizim rəqiblərimiz müəyyən şeylərdə özlərini bizə oxşatmağa başlayırlar, bu da bizim problemimiz deyil, bu ondan xəbər verir ki, fantaziyaları yoxdur. İstənilən şəxsiyyətin, qurumun gərək öz siması olsun.
- Cəmiyyətin özünün tələbatı var, bəlkə onlar bu tələbatı ödəməyə çalışır?
- Lakin bənzətmələr çoxdur.
- Bizim də sayt olaraq ideyalarımız var, lakin hələlik çox vaxt tələb olunanı təqdim etməyə çalışırıq.
- Başa düşürəm. Lakin standart məsələlər də var. Orada da mütləq özünəməxsus element olmalıdır. Müəyyən məqamlar var ki, onlar əlavə edilə bilər.
- Etiraf edək ki, radio əvvəlki kimi insanlar üçün maraqlı deyil, insanlar həm sima baxımından, həm geniş təbliğat üçün televiziyada görünməyə daha çox üstünlük verilir. Proqramlara qonaq dəvət edəndə çətinliklər çox olur?
- Müəyyən problemlər istənilən şirkətdə, istənilən kanalda ola bilər. Elə insanlar var ki, onlar televiziyada görünməyi sevmirlər, elələri var, ümumiyyətlə nə efiri, nə ekranı sevir. Bizdə ən çox problem yeni proqramımız “Rəsmilər, qeyri-rəsmilər”də olub. Burada ictimai xadimlər, cəmiyyətin tanınmış ziyalıları qonağımız olur. Bununla bağlı hərdən problemimiz olur. Misal üçün, millət vəkili Gültəkin Hacıbəyliyə zəng vurub verilişə dəvət edəndə o dedi ki, mən bu verilişi artıq dinləmişəm və bəyənmişəm, gələcəm. Belə hallar da olur, heç kimə heç nə başa salmırsan, öz istəyi ilə proqrama gəlir. Elə qonaqlar var ki, nə qədər dəvət etsən də, uzaq gəzməyə çalışırlar.
- Bu yaxınlarda Eldar Mansurov özəl telekanalların mahnı janrını bərbad vəziyyətə düşməsində bilavasitə vasitəçi olmasından şikayətlənmişdi. Radio rəhbəri olaraq bu fikirlə razısınız? Siz Azərbaycan musiqinə utanc gətirən mahnı dinlədirsiniz?
- İstənilən kanallara baxın, bütün dünya kanallarını nəzərdə tuturam, hamısında tənqidə tuş gələn mahnılar var. Bu həmişə olub, olacaq da. Düzdü, elə keyfiyyətsiz mahnılar yazılır ki, qulaq asanda adamın əti tökülür. Biz çalışırıq ümumiyyətlə belə mahnıları verməyək...
- ...çalışırsınız, yoxsa radikal yanaşırsınız?
- Yox, elə radikal yanaşırıq. Təbii ki, bu problem bir günə həll olunmayacaq. Bütövlükdə tanınmış musiqiçilər bəzən elə musiqildər yazdırır, elə aranjimanlar təqdim edir ki, görürsən, olduqca çox qüsurlar var. Bu, müğənninin ifa zamanı tələffüzündə də müşahidə olunur. Çox tanınmış müğənnilərlə hətta arxayınlıq yaranır, mən nə oxusam, qəbul olunacaq... Lakin hər şeyin də pis tərəfini görmək lazım deyil. Bütövlükdə 90 faiz milli musiqisini təbliğ edirik. Hətta heç vaxt efirdə səslənməyən arxivdən mahnılar əldə edib təqdim edirik. Akif İslamzadə 1983-cü ildə yazdırdığı mahnısını bizim radioya hədiyyə edib. Çalışırıq orta yaşlıları da cəlb edək. Ona görə təbilğatımız tək mahnı janrı ilə məhdudlaşmır.
- Bəzən ekranda, efirdə müğənninin davranışına və mövqeyinə görə qadağalar qoyulur. Bu zaman müğənninin tələb olunan və sevilən müğənni olması faktoru həmin qadağalardan daşınmağa imkan verir?
- Mən inkar etmirəm, qadağalar olur. Mən şəxsən qadağa tətbiq etmirəm. Əksinə, çox istedadlı insana kömək etməyə çalışırıq. Məsələn, Nizami Əliyev adlı çox istedadlı pianoçu var, biz onu istedadlı hesab edib, musiqilərini təbliğ edirik. Bu sıradan bir çox gənc müğənnilərin adını çəkmək olar.
- Sizinlə münasibətində soyuqluq yaranan sənətçiyə qadağa ehtimalı var?..
- Ola bilməz.
- Və yaxud kimsə Sizdən hansısa müğənninin təbliğ etməməyi xahiş edə bilər? Bu xahişin özünü doğrultması mümkündür?
- Bu da mümkün ola bilməz. İstər Aygün Kazımova və Röya münasibətində, istər İlhamə Quliyeva və Flora Kərimova konfliktində biz efirdə hər bir sənətçiyə eyni dərəcədə vaxt ayırırıq. Məncə, bütün peşəkar insanlar belə edir.
Lalə Yusifqızı

1323