Heç Rəşad Dağlını  azadlıqda belə sevmirdilər -  REPLİKA
28 aprel 2025 17:14 (UTC +04:00)

Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA

Ötən günlərdə "Space TV"-nin efirində ağır cinayətə görə həbs edilən Rəşad Dağlının təntənəli doğum günü keçirildi. Verilişə Tarix Əliyev (Tolik) aparıcılıq edib. Həmin buraxılışda Rəşad Dağlının dostları olan meyxanaçılar yığışıb onun adına qafiyə açır, meyxana deyirdilər.

...Məsələnin "əmma"sı başqadır. Hansısa müğənni açıq-saçıq geyimdə efirə çıxanda hamı televiziyanı, aparıcını, müğənnini tənqid edir ki, əxlaqsızlığı təbliğ edirsiniz. Yaxşı, bəs niyə bir nəfər çıxıb demir ki, cinayətkarlığı, məhkumluğun təbliğatını aparırsız? Verilişə baxan yeniyetmə cinayət törədən, adam öldürən birinin tərəfinin tutulduğunu, adına meyxana deyildiyini, azadlığa çıxması üçün çağırışları görəndə cinayətə, həbsə  rəğbət bəsləməyəcək? Başa düşürəm, Rəşad Dağlı meyxana dinləyiciləri üçün böyük sənətkar hesab olunur, amma bu, onun cinayət törədəcəyi, adam öldürməsinə göz yumulacağı, təbliğatının aparılacağı mənasına gəlmir.

Tarixdə bir çox yazıçılar, sənət adamları var ki, törətdikləri cinayətə görə həbs ediliblər. Məsələn, Fransız yazıçı Jen Qenet oğurluq və fırıldaqçılığa görə həbs edilib. Onda kimsə deməyib ki, Qenet böyük yazıçıdır, onu həbs etməyək və ya cəzasını azaldaq. Hələ Qenet Rəşad Dağlı ilə müqayisə edilməyəcək qədər böyük yazıçıdır.

Onsuz da meyxana yetərincə "vorovskoy" aləmi, həbsxanaları, narkomaniyanı təbliğ edir, heç olmasa, bunu efirlərə daşımayın. Çox meyxanada səslənən "Allah içəridəkilərin qapısını açsın" ifadəsi özü gənclərdə, yeniyetmələrdə cinayətkarlığa rəğbət yaradır.

Kim nə qədər çox sevsə də, başa düşməlidir ki, Rəşad Dağlı qəsdən adam öldürüb və hazırda həbsdədir. Həbsdə olan birinə doğum günü keçirib onu sevən kütlədən reytinq, xal toplamağa çalışmaq isə... 

Məsələnin bir də Tolik tərəfi var. Audiovizual Şuranın kanala xəbərdarlığından sonra paylaşım edib ki, Rəşada görə veriliş bağlansa, vecimə olmaz: "Təki pozğunlara görə yox, şairə görə bağlansın".

Pozğunluq kimi, heç cinayətkarlığı da təbliğ etmək doğru deyil. Sonda onu da deyək ki, heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5622

Oxşar yazılar

Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32
Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

Dünyaca məşhur aktrisa hamını ALDADIRMIŞ

19 may 2025 , 13:08
Donald Tramp məşhur müğənniyə  lağ etdi: “O, artıq seksual deyil”

Donald Tramp məşhur müğənniyə lağ etdi: “O, artıq seksual deyil”

18 may 2025 , 13:34
Türkiyədən Bakıya gələn  Nesrin Cavadzadədən yataq pozaları

Türkiyədən Bakıya gələn Nesrin Cavadzadədən yataq pozaları

16 may 2025 , 19:53