Zülfiyyə Xanbabayeva: “Mənim yolumu kəsmək o qədər də asan deyil” – MÜSAHİBƏ
Lent.az-ın 1 yaşında xalq artisti Zülfiyyə Xanbabayeva qonağımız olub. Sənətçı bizim bayramsayağı günümüzün sevincinə qarışıb, 1 yaşımızı təbrik edib. Müğənni ilə söhbətimizi təqdim edirik.
- Niyə az-az görünürsünüz, Zülfiyyə xanım? Bunun xüsusi səbəbi var?
- İyirmi illik sənət yaradıcılığımda həmişə bu sualı eşitmişəm. “Niyə az-az görünürsünüz, biz sizi tez-tez görmək istəyirik”. Tamaşaçılarım da ola bilər, buna alışıb. Çox təkliflər alıram. Hər yerə dəvət edirlər. Sadəcə, bu mənim xasiyyətimdən irəli gəlir. Ona görə yox ki, bəyənmirəm, bu artıq səhnə həyatımın bir tərzidir. Əgər bir veriliş aparsam, gündə efirdə görünə bilərəm.
- Yadımdadır, bizim əvvəlki söhbətlərimizin birində Siz sənət meydanında xaos olmasından şikayətlənmişdiniz və nə qədər ki, bu xaos var, bir az kənara çəkiləcəyinizi demişdiniz.
- Tez-tez necə ortaya çıxım, çıxım efirdə “bu gün özümə saçbağı almışam”, deyim? Layihələr olandan-olana çıxıb məni sevənlərə hesabat verməliyəm, bunu da edirəm.
Mən belə başa düşdüm ki, bu xaosdan çıxmaq qeyri-mümkündür, çünki çoxdular. Qoca qarı nənələr kimi deyinə-deyinə qalmaq istəmirəm. Ona görə də başımı aşağı salıb işimlə məşğul olmağı özümə çıxış yolu seçdim.
Bir də deməklə, danışmaqla olmur, hərəkət etmək lazımdır. Bu xaos sizdən də asılıdır, nəinki məndən... Siz mətbuat işçiləri də bu sahədə diqqətli olmalısınız. Əvvəllər mətuat işçiləri səntəçi barədə öz obyektiv fikirlərini yazırdı. İndi mən belə demək olar ki, yazılara rast gəlmirəm. Sadəcə, sənətçinin həyatı və işləri ilə bağlı xəbərlər işıqlandırılır. Və yaxud bir jurnalistin hansısa sənətçi ilə şəxsi zəmində olan münaqişəsi xəbərdə açıq-aydın görünür. Jurnalist ona deyirəm ki, sənətçiyə insan olaraq yaxşı münasibəti olmasa belə, sənəti haqqında obyektiv fikir deyə bilsin. Ona görə bu təkcə məndən asılı deyil, düşünürəm ki, sizli-bizli, hamımızdan asılıdır. Hər şey dedi-qodu üzərində qurulmayıb axı! “Bu gün Zülfiyyədən müsahibə aldım, bu kəlməni yazım, aranı vurum” düşüncəsini qəbul edə bilmirəm. Bu söz sizə dəyməsin, özünüzə qəbul etməyin. Əlbəttə, hər sahədə təcrübəli və təcrübəsizlər var. Biz sənətçilər, başqa peşə sahə sahibləri arasında da belə hallar var. Ən qorxulu hal odur ki, bu xaosun qarşısı alınmayacaq.
- Axı, indi həm də kommersiya dövrüdür. Sizin iyirmi illik səhnə həyatında zəhmət bahasına əldə etdiklərinizi müğənni olmayan biri pulla bir aya təqdim edə bilər.
- O insanlar nə qədər tez şöhrəti əldə ediblərsə, o qədər tez də itirə bilərlər. Bir ayda yanıb-sönür, bir ayda da bitir.
- Lakin bunun davamı da gələ bilər, onlar bir şəkildə yenə ortaya çıxa bilər...
- ...bir şəkildə! Görürsünüz, siz də belə dediniz - bir şəkildə... Sənətdən başqa hansı şəkildə istəyirsən, o şəkildə də ortada olur.
- Bu xaos dərinləşdikcə əsl sənətçilər bir-bir özünü sığortalayıb kənarda dayanmalıdır?
- İndi elə bil, tamaşaçılar da zövq dəyişikliyinə məruz qalıb. Oxuculara, tamaşaçılara nəyi göstərirsiniz, onu da qəbul edirlər. İnsana hər gün nəyi göstərirsənsə, o istər-istəməz tamaşaçı beyninə həkk olur. Tamaşaçıları da bir az seçim qarşısında qoymaq lazımdır. Tamaşaçı da, oxucu da skandalları, münaqişələri seçir. Əslində bu da olmalıdır, bu da bizim həyatımızda baş verən hadisələrdən biridir. Lakin o skandalların içində reallıq da olmalıdır, sənət mübarizəsi də görünməlidir. Mən artıq bunu danışmağı özümə sığışdırmıram, bilirsiniz nəyə görə? İstəmirəm deyinə-deyinə qalım... Necə deyərlər, özüm deyirəm, özüm qulaq asıram. Bu gün sənətdə bəlli yaşa çatmış insanlar var ki, hansı ki, uşaq sahibidirlər, anadırlar, atadırlar, ailə saxlayırlar. Balaca uşaq deyillər ki, mən çıxıb bu barədə nəsə danışım? Hər kəsin öz beyni, öz düşüncəsi və həyat tərzi var. Allah hamıya şüur verib, şüurla da hərəkət etməlidirlər. Ona görə məsləhətçi rolu oynamaq istəmirəm, açığı belə söhbətlər məni də bezdirib, belə nəsihətlərin də şiti-şoru çıxıb.
- Belə başa düşdüm ki, Siz artıq öz mövqeyinizi seçmisiniz. Uzaqdan-uzağa, bir də gördüyünüz işlər...
- Nə olur-olsun, o şou-biznesin içində mən də varam. Bir səhnəni bölüşürəmsə, o qazanda qaynayıram. Yeri gəldikcə, skandallardan uzaq dururam. Bunlar köhnə söhbətdir, mənə elə gəlir ki, haradasa özümü təsdiqləmişəm. Bu artıq illərlə davam edib, nəticəni əldə etmək çox çətin olub. Bir var, efirdə çıxıb nəyisə həll edəsən, bir də var, mənim kimi bütün baş verənləri ürəyində götür-qoy edə-edə həll edəsən. Harda oluramsa-olsun, özüm barədə xoş söz eşidəndə fikirləşirəm ki, bu mənim illərdir özümlə mübarizə apardığım, münaqışələri susub həll etdiyim və güc gəldiyim həmin vaxtların bəhrəsidir.
- Səhnə arxasında qısqanclıqlar, münaqişələr hələ də davam edir?
- Nə bilim, sözün açığı, mən heç əhəmiyyət vermirəm. Həmişə belə olmuşam. Bundan sonra mənim yolumu kəsmək o qədər də asan iş deyil.
- Zamanında olub...
- Heç kim mənim yolumu kəsə bilməyib.
- Cəhdlər olub...
- Bəlkə də, cəhdlər olub, ürək edib, cəsarət edib onu edə bilməzlər, çünki xasiyyətimi çox gözəl bilirlər.
- Bu statusu qoruyub saxlamaq çox çətindir...
- Həddindən artıq çətindir. Lakin bu həyatda özüm haqqında fikirləşmirəm, yoldaşımı da düşünürəm, ailəmi də düşünürəm, övladımı da. Demirəm ki, sırf onlar üçün yaşayıram, lakin onları düşünürəm. Onların başını aşağı salacaq, utandıracaq iş görməmişəm. Allaha qurban olum, yəqin ki, bundan sonra olmaz. Deyirlər, “heç vaxt demə “heç vaxt””. Həyat tərzim elə qurulub ki, yolumun çətin hissəsini keçmişəm.
- Hər şey var, sənət var, hər sənətçiyə qismət olmayan hörmət var, ailəniz, gözəl övladınız var. Nə istəyirsinz, nə arzunuz var?
- Nə istəyə bilərəm? Ancaq əzizlərimin yanında olmağı, onların sağlam görməyi, istəyirəm. Onların sevgiləri ilə rastlaşmaq istəyirəm. Əfsus ki, həyatın bu tərəfi də var. Bir az Allaha naxoş gedər. Arzularım övladımla bağlıdır. Məktəbə getsin, həyat qursun, yaxşı peşə sahibi olsun. İşini bilən olsun, onda məni qızım mütləq özünə yer tapa bilər. Arzularımın ən vacibləri, şükürlər olsun yerinə yetib. Bu fasilədən sonra yavaş-yavaş artıq başlamışam. Çox ciddi layihələr üzərində işləyirəm. İstəyirəm, qızımın ad gününə çatdırım.
- Dənizə, bacı, qardaş istəyirisiniz?
- İnşallah. Övlad Allahın qismətidir, məsləhət bilsə, o da olacaq.
- Dəniz Sizə çox bənzəyir.
- Mənə? Əslində anama bənzədiyini düşünürəm. Dənizin simasında hamıdan bir nişanə var, bəzi cizgiləri mənə, bəzi cizgiləri atasına, bəzisi də nənəsinə bənzəyir.
- Yəqin siz də ananıza bənzəyirsiniz.
-Dənizə baxanda kənardan özümü müşahidə edirəm. İndi onun hərəkətlərinə baxıb, düşünürəm, ilahi, uşaq olanda mən nələr etməmişəm? (Gülür).
- Dənizdən bir az danışın, yəqin bu sizi sevən pərəstişkarlarınız üçün də maraqlıdır.
- Dəniz maşallah, böyük qız olub. Hər şeyi, nə istədiyini başa salır. Dəniz mənim artıq bir rəfiqəmə çevrilməyə başlayıb. Bu, dillə deyiləsi deyil, görmək lazımdır. Hər an məni atasını, nənəsini təəccübləndirəcək nə isə edir.
- Televiziyada Sizi görəndə necə reaksiya verir?
- Ooy!... Televizorda olsun, jurnalda olsun, o dəqiqə gəlib məni tapacaq - “mama!..” Kimisə mikrofonla görüb deyir, “mama deyil”. Musiqini çox sevir, ritmi çox gözəl duyur. Mən elə gəlir, belə də olmalı idi də! (gülür).
- Qızınızın incəsənət adamı olmasını istərdiniz?
- Mükəmməl bir sənət adamı ola bilsə, niyə də olmasın? Sənəti sevməkdən başqa, sənətçi doğulmaq lazımdır.
- Bildiyimiz qədər, istirahətə yollanırsınız.
- Hə, ailəmlə istirahətə yollanıram. İnşallah, istirahətdən qayıdıb, işlərimi davam etdirəcəm.
Lalə Yusifqızı

1921