40 yaşlı Aygün Kazımova: “Möcüzəni ondan gözləyirəm”
Bu gün xalq artisti Aygün Kazımovanın doğum günüdür. Müğənni ənənədən fərqli olaraq bu il ad gününü təmtəraqla qeyd etməyəcək. Bu barədə xalq artisti Lent.az-a açıqlamasında bildirib: “Bu il ad günümü qeyd etməyəcəyəm. Ad günümün özəlliyi qızım İlqarənin milli seçimlərdə çıxışı olacaq. Günün möcüzəsini ondan gözləyirəm. İstəyirəm elə çıxış etsin ki, mənə ən böyük hədiyyə olsun!”
Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da anadan olub. İlk dəfə professional səhnəyə 1988-ci il “Bakı Payızı” yarışmasında çıxıb. Elə ilk Qran-prini də orada qazanıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə “Asiya dausı”, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmanın laureatı olub. 2000-ci ildə üç nominasiya üzrə “Qrand” mükafatına layiq görülüb: ilin müğənnisi; ilin konserti – “Aygün bir gün”; ilin hit mahnısı – “Gecələr”.
2001-ci ildə yenidən üç nominasiya üzrə Qrand mükafatı alıb: ilin müğənnisi; ilin hit mahnısı – “Ya i tı”; ilin konserti – “Ya devuşka vostoçnaya”.
İndiyə kimi 10-a yaxın solo konserti olub, 15 diski işıq üzü görüb. 2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2009-cu ildə isə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülüb.
Lalə Yusifqızı

Oxşar yazılar

Aygün Kazımova geyimi ilə çılpaq göründü - VİDEO
14 may 2025 , 13:56
Röya sinəsi açıq fotolarını PAYLAŞDI
14 may 2025 , 11:16
Leonardo Di Kaprio özündən 24 yaş kiçik məşhur modellə evlənməyə hazırlaşır
13 may 2025 , 19:20
Bu gün "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək
13 may 2025 , 12:03
Surroqat ana ilə övlad sahibi olan ULDUZLAR
13 may 2025 , 10:28
Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53
Hollivudun ən uzun boylu aktyorları
12 may 2025 , 17:01