Mətanət İsgəndərli özü küsdü, özü barışdı...
24 yanvar 2011 13:49 (UTC +04:00)

Mətanət İsgəndərli özü küsdü, özü barışdı...

Azərbaycanın əməkdar artisti Mətanət İsgəndərli ötən ilin sonlarında şəxsi həyatı ilə bağlı xoşagəlməz hadisələri işıqlandıran bəzi jurnalistlərlə barışığa imza atıb. Müğənni Lent.az-la söhbətində mətbuatla ədavətə son qoyduğunu açıqlayıb: “Hər şeyi çoxdan unutmuşam. Yaddaşımda ancaq yaxşı hadisələri saxlayıram. Aylar öncə kimlərsə sifarişli yazılarla iftira atmağa cəhd etdilər. Ağ isə qara ləkə götürmür. İstəmirəm, həmin məqamları bir daha təzələyim. Əsas odur ki, hər şey uzaq keçmişdə qaldı”.


Müğənni jurnalistlərə haqq qazandırıb: “Biz müğənnilər elə bir sənətin sahibiyik ki, yaradıcılığımızda olan yeniliklərlə mütləq pərəstişkarlarımız tanış olmalıdırlar. Bu işi isə KİV həyata keçirir. Həmkarlarıma da səslənib deyirəm ki, həqiqəti yazan jurnalistdən incimək ən azından günah olar. Yaxşı olar ki, mən də içində olmaq şərti ilə qələm əhli yalnız xoş xəbərlərimizi yaysın”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1200

Oxşar yazılar