“Eurovision” təmsilçimizin ifası üçün elan olunan müsabiqəyə 1 mahnı təqdim edilib
Lent.az-ın “itv.az” saytına istinadən verdiyi məlumata görə, artıq müsabiqəyə 1 mahnı təqdim olunub. Peşəkar münsiflərin qərarı ilə seçiləcək ən yaxşı mahnı İctimai Televiziya və Radio Yayımları şirkəti tərəfindən xüsusi mükafata layiq görüləcək. Müsabiqənin şərtlərinə görə, mahnı müəlliflərinin milliyyətinə heç bir qadağa qoyulmayıb. Əsas odur ki, “Eurovision” standartlarına uyğun, Azərbaycanı təmsil etməyə layiqli olsun. Mahnılar not yazısı şəkilində, eyni zamanda aranjeman olunmuş variantda da təqdim edilə bilər. Təqdim olunacaq mahnılarda milli elementlərin olması isə vacib şərtlərdən deyil. Mahnıların seçimi bilavasitə münsiflərin öhdəsinə buraxılacaq. Müsabiqənin şərtlərinə uyğun olaraq, təqdim edilən mahnı heç vaxt səsləndirilməməli və 3 dəqiqədən çox olmamalıdır.
Xatırladaq ki, müsabiqə üçün musiqi yazan bəstəkarlar mahnılarını İctimai Televiziya və Radio Yayımları Şirkətinə ərizə formasında və ya [email protected] elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçisinin seçilməsi üçün keçirilən milli yarımfinal mərhələsində 9 iştirakçı mübarizəni davam etdirir. Həftənin finalında isə tamaşaçıların və peşəkar münsiflərin ayrı-ayrılıqda 50 faiz səsverməsi ilə 9 nəfərdən 5-i finala vəsiqə qazanacaq. Azərbaycanı bu mahnı müsabiqəsində təmsil edəcək şəxs beş nəfər arasından münsiflərin səsverməsi ilə seçiləcək.
Banu

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08