Mübariz Tağıyev: “Onlar böyük səhnələr üçün hazır deyillər”
“Mən “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil edəcək ən layiqli namizəd kimi İlhamə Qasımlını görürəm. Onun səs diapazonu, musiqi duyumu, eləcə də xarici görünüşü böyük səhnələr üçün uyğundur. İlhamə Azərbaycan milli musiqisinin incəliklərinə gözəl bələd olan, eləcə də ifa etməyi bacaran bir müğənnidir”. Bunu Lent.az-a xalq artisti Mübariz Tağıyev deyib. Sənətçi hesab edir ki, müsabiqədə qalib olmaq üçün düzgün seçim aparılmalı və layiqli namizəd müəyyənləşdirilməlidir.
Mübariz Tağıyev digər namizədlərlə də bağlı fikirlərini bölüşüb. Xalq artisti digər namizədlərin hələ böyük səhnələr üçün hazır olmadıqlarını bildirib: “Aygün Kazımovanın qızı İlqarə, Aybəniz Haşımovanın qızı Aynişan, eləcə də Nurlan Növrəsi istedadlı uşaqlardır, amma böyük səhnələr üçün hazır deyillər. İnşallah, üzərlərində çalışsalar, növbəti illərdə müsabiqədə ölkəmizi təmsil edə bilərlər. Eləcə də Eldar Qasımov çox iddialı danışır, amma o da böyük səhnə üçün hələ yetişməyib”.
Banu

884