Şon Penn evliliyinə son qoydu
07 yanvar 2011 21:18 (UTC +04:00)

Şon Penn evliliyinə son qoydu

İki dəfə “Oskar” mükafatına layiq görülmüş, ancaq öz ətrafında əxlaq qaydalarını gözləməməsi, kobudluğu ilə tanınan Hollivud aktyoru Şon Penn həyat yoldaşı, aktrisa Robin Raytdan boşanıb.


Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, sevgili, sonra 14 il evli olan Şon Penn və Robin Rayt boşanma şərti kimi mülkiyyətlərinin yarıya bölünməsinə razılaşıblar.


Qeyd edək ki, cütlük ilk dəfə 2007-ci ildə münasibətlərinə son qoymaq istəyib. Ancaq 4 aylıq fasilədən sonra hər şey qaydasına düşüb.

Cütlüyün övladları -17 yaşlı Xopper Cek və 19 yaşlı Dilan ata, yoxsa ana yanında yaşayacaqlarını özləri müəyyənləşdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 809

Oxşar yazılar