Aktrisanın pornofilmləri “Oskar” almasına mane olur
06 yanvar 2011 02:37 (UTC +04:00)

Aktrisanın pornofilmləri “Oskar” almasına mane olur

Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, türk əsilli aktrisa Sibel Kekillinin baş rolda çəkildiyi “Ayrılıq” filmi Almaniyanın “Oskar” mükafatına namizədi olmaq üçün yarışa qatılıb.

Qeyd edək ki, 2001-2004-cü illərdə Almaniyada 15 pornofilmdə oynayan Sibel Kekillinin taleyi rejissor Fatih Akının “Divara qarşı” filmində rol aldıqdan sonra dəyişib. O, bu filmdə oynadığı rola görə bir çox mükafata layiq görülüb. Ancaq bu günlərdə “Ayrılıq” filminin “Oskar” mükafatına namizədliyi üçün lobbiçilik fəaliyyəti aparmaq məqsədilə Los-Anceles şəhərinə gedən Sibel Kekilli qanqaraldan durumla üzləşib. Los-Ancelesdə getdiyi hər yerdə bir vaxtlar çəkildiyi pornofilmlərlə bağlı suallar eşidib. Sibel Kekilli də Almaniyaya dönən kimi dərhal internetdə ən böyük film arxivinə sahib olan “imdb.com’ saytının ortaqlarından olan Colin Needhamla görüşüb və saytdakı pornofilmlərinin çıxarılmasını xahiş edib.

Sibel Kekilli Kolin Needhama deyib ki, “Ayrılıq” filmi “Oskar” mükafatına namizəddir, lakin köhnə pornofilmləri onun “Oskar” mükafatı almasına mane olur. Kolin Needham isə Sibel Kekilliyə “yox” cavabı verib. Sibel Kekilli vəkilinə “imdb.com” saytını məhkəməyə verməyi tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2775

Oxşar yazılar