Faiq Ağayev səbirlə gecəni gözləyir...
29 dekabr 2010 17:33 (UTC +04:00)

Faiq Ağayev səbirlə gecəni gözləyir...

Lent.az-ın məlumatına görə, müğənni ilk təbrikini anasından alıb. Məhərrəm ayı olduğu üçün doğum gününü təntənəli qeyd etməyən müğənni bu günü ailəsinin əhatəsində olacaq: “Hədiyyələrim boldur, hamısı qutulardadır, gecə evə gələndə hamısına baxacağam”.

F.Ağayev doğum günündə daha çox anasından aldığı hədiyyələri sevdiyini deyib: “Anamın aldığı hədiyyələri daha çox bəyənirəm. Özüm isə insanlara gərəkli əşyaları hədiyyə almağı xoşlayıram, daha çox ev əşyalarına üstünlük verirəm”.

Qeyd edək ki, 1971-cı də Bakıda dünyaya göz açan Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı Payızı-88” Respublika müsabiqəsinin qalibi seçilib. Bu müsabiqədən sonra “Qızıl Payız-89” Respublika müsabiqəsində, beynəlxalq “Vitebsk-90” müsabiqəsində, beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bundan sonra müğənninin professional səhnə həyatında yüksəliş mərhələsi başlayıb. 1996-cı ildən o, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin solistidir.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə əməkdar artist fəxri adı alıb.

2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adı verilib.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275

Oxşar yazılar