İbrahim Tatlısəs yeni təyyarəsindən taksi kimi istifadə edəcək - FOTO
Lent.az-ın məlumatına görə, «Airporthaber» portalı Tatlısəsin 3 milyon dollara satın aldığı «Hawker Beechcraft 400XP» tipli təyyarənin fotoşəklini yayımlayıb.
Yeni təyyarəni bankdan götürdüyü kredit hesabına satın aldığını deyən müğənni bu günlərdə təyyarəsindən istifadə edəcəyini açıqlayıb. Tatlısəs təyyarəsi ilə bağlı digər planlarını da açıqlayıb: «Səyahət etmədiyi günlərdə təyyarəni hava taksisi kimi istifadə edəcəyəm. Bununla yaxşı para qazanacağam».
İbrahim Tatlısəsin aldığı «Hawker Beechcraft 400XP» təyyarəsi bəzi özəlliklərə malikdir. Məsələn, müğənninin sifarişi ilə xüsusi dizayn ediləntəyyarə «Fowler» model qanadları sayəsində, «Cessna Citiation CJ3»-dən 35 mil sürətlə (saatda 450 mil) hərəkət edə bilir. Həmçinin eniş zamanı daha yavaş enməni təmin etməklə yanaşı, daha çox nəzarət və təhlükəsizliyi təmin edir. Ümumilikdə 39 min fut yüksəkliyə 18 dəqiqə ərzində qalxa bilən bu təyyarə bütün hava şəraitlərində uça bilmə imkanlarına malikdir. Pilotlar da daxil olmaqla 9 nəfərlik təyyarənin kabinəsi və xüsusi bölmələri var. Təyyarə Kanadanın tanınmış motor şirkəti olan «Pratt&Whitney»in JT15D-5R mühərriki ilə təchiz olunub.
Qeyd edək ki, İ.Tatlısəs «Cessna Citiation II» modelli ilk təyyarəsini 1998-ci ildə satın alıb. Üç il istifadə edəndən sonra İsveçrəyə satıb. «Hawker Beechcraft 200» tipli ikinci təyyarəsini isə 2006-cı ildə alan müğənni iki il sonra onu satıb.

Oxşar yazılar
"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28
Rəqsanə İsmayılova aşpaz oldu
5 may 2025 , 16:37
Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI
5 may 2025 , 15:13
“Galatasaray”ın baş məşqçisi modelin boşanma prosesinə ÇAĞIRILDI
5 may 2025 , 10:14