Röya eşşəkdən yıxılıb: “Eşşək mənə çox problem yaratdı”
09 dekabr 2010 15:43 (UTC +04:00)

Röya eşşəkdən yıxılıb: “Eşşək mənə çox problem yaratdı”

Layihə çərçivəsində Azərbaycanın bölgələrinə səfər edən sənətçilər xeyli maraqlı hadisə ilə qarşılaşıblar. Zamiq belə yaddaqalan hadisələrdən birini Lent.az-a danışıb: “Turne çərçivəsində Yevlaxda, Ağdamda, Füzulidə, Zaqatalada, Qubada olduqca məzəli hadisələr baş verdi. Qubada dağa çıxdıq, sonra meşəyə getdik, guya “Sevişiyoruz” mahnısına klip çəkirik, qızlar bir tərəfdə, oğlanlar bir tərəfdə durmuşdular. “Çəkiliş” başladı - romantik bir klipdir, Röya eşşəyin belinə minir, mən də onu eşşəkdə aparıram. Birdən necə oldusa, Röya başı üstə eşşəkdən yıxıldı. Hamı dəli oldu. Ancaq gözlədiyimizin əksinə olaraq, Röya ayağa qalxdı, həm də gülə-gülə...”


Röya Ayxan isə hadisənin Zamiq kimi təbəssümlə xatırlaya bilməyib: “Eşşək mənə çox problem yaradıb. Yıxılan zaman zədə aldığım yer hərdən ağrıyır. Yəqin ki, haçansa həmin zədə ziyanını göstərəcək. Babalı Zamiqin boynuna...”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar