Anar Ağakişiyev: “Günay Musayevaya rəqib görmürəm” – MÜSAHİBƏ
Dekabrın 11-də İstanbulda “Best model of the World-2010” yarışması keçiriləcək. Bu müsabiqədə ölkəmizi “Best model of Azerbaijan-2010”un qalibləri Günay Musayeva və Azər Ağakişiyev təmsil edəcək. 10 gündən sonra keçiriləcək müsabiqə ilə bağlı müəyyən məqamlara aydınlıq gətirmək üçün “Best model of Azerbaijan-2010”un prezidentlərindən biri, məşhur stilist Anar Ağakişiyev Lent.az-a müsahibə verib.
- Anar, “Best model of Azerbaijan-2010” müsabiqəsinə bir neçə gün qalıb...
- Bəli, bu günü həyəcanla gözləyirik. Bizim üçün olduqca əhəmiyyətli bir tarixdir. Dekabrın 11-də çox möhtəşəm şou olacaq. Azərbaycanın birincilik qazanmasını ürəkdən arzulayıram. Təmsilçilərimizi də bu qalibiyyətə layiq hesab edirəm. “Best model of Azerbaijan-2010” başlayanda mən Günayın çox istedadlı model və 1-ci yerə layiqli namizəd olduğunu bildirmişdim. Fikrimdə yanılmadım və Günay Musayeva bu yarışmanın birincisi oldu. Bütün KİV mənsublarını, eləcə də Azərbaycan xalqını Günaya dəstək olmağa çağırıram. Çünki burada tək Günayın adından yox, bütünlüklə Azərbaycandan söhbət gedir, bu mötəbər model müsabiqəsində Günayın adı Azərbaycanla bağlıdır, onunla birgə Azərbaycan bayrağı da o səhnədə dalğalanacaq. Azərbaycan “Best model” müsabiqəsində 2000-ci ildən iştirak edir və bu 10 il müddətində qız model təmsilçilərimizdən ən yüksək nəticə üçüncülük olub. Amma mən konkret Günaya həm dəstək oluram, həm də onun peşəkarlığına şübhə ilə yanaşmıram, əksinə o, həddindən artıq professional bir modeldir.
- Siz Günay Musayevanın Azərbaycana birincilik gətirəcəyinə zəmanət verirsiniz?
- Zəmanət verə bilərəm, amma yenə də deyirəm ki, hər şey ola bilər. Mən bütün ölkələrdən yarışmaya gələcək xanımlara internet vasitəsi ilə baxmışam, Günay kimi peşəkarı yoxdur. Bunu tam dəqiqliyi və ürək rahatlığı ilə deyirəm. Bu yarışma “Eurovision” tipli bir müsabiqədir. Mən çox istəyərdim ki, Günay müsabiqənin ön yerlərindən birində olsun. İnşallah olacaq da, ona uğurlar arzulayıram. Onu da qeyd edim ki, Azərbaycandan bu müsabiqəyə böyük nümayəndə heyəti gedəcək. Mən, yardımçım, Azər bəy, Nana xanım da daxil olmaqla 10 nəfərə yaxın qrup yola düşəcək. Onların sırasında sürpriz qonaq da olmalıdır. Hələ onun kimliyini açıqlamaq istəmirəm, ancaq deyə bilərəm ki, çoxlarının sevimlisidir. Tam razılığını alandan sonra adını açıqlayacağam.
- Sizə “Best model of the World” yarışmasının münsiflər heyətində təmsil olunmaq təklif olunubmu?
- Sözün düzü təklif olunub, amma münsiflər heyətinin tam siyahısı hələ təsdiqlənməyib. Ona görə də bu sualı dəqiqliklə cavablandıra bilməyəcəyəm. Amma “Best model of Azerbaijan-2010” yarışmasının prezidenti olaraq Günayı və Azəri dəstəkləmək məqsədi ilə Türkiyəyə gedəcəyəm. Utanmadan ayağa qalxıb bayrağımızı dalğalandıracağam və onlara dəstək olacağam. Məncə, Azərbaycanımızı bu müsabiqədə layiqli iştirakçılar təmsil edir.
- Müsabiqə müddətində Validə Abbasova ilə sizin aranızda mübahisələr də oldu. Validə Abbasovanın da Azərbaycandan gedən nümayəndə heyətində olması təklif olunsa, razılıq verərsiniz?
- Qəti surətdə xeyr.
- Bəs Erkan Özərman belə bir təşəbbüslə çıxış etsə, necə?
- Erkan Özərman belə bir təşəbbüslə çıxış etsə getsin, problem deyil... Bu, Erkan bəyin yarışması və onun qərarıdır. Amma Erkan Özərman bunu məhz mənim öhdəmə buraxsa, desə ki, “sən bir prezident olaraq istəyirsənsə, o da gəlsin”, mən razı olmaram. Çünki həmin insandan böyük zərbələr aldım və mən bunu heç zaman unuda bilmərəm. Ondan özümə qarşı bir azərbaycanlı xanıma yaraşmayan hərəkətlər gördüm. Ona görə də bunu təklif belə etmərəm. Amma buna baxmayaraq, onun bu yarışmada əməyinin olmasını danmaq olmaz və mən bunu danmıram. Ancaq o, hər şeyi qeyri-peşəkarcasına həyata keçirirdi. Bu müsahibədə ümumiyyətlə, onun haqqında danışmağı düşünmürəm, mənim əsas məqsədim bütün Azərbaycan xalqını Günaya və Azərə dəstək olmağa səsləməkdir. Artıq bu layihənin sonuna yaxınlaşırıq. Müsabiqədə əməyi olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Doğrudur, “Best model of Azerbaijan-2010” Aygün Kazımovanın prezidentliyi ilə keçirilən müsabiqə kimi super olmasa da, ən qalmqallı yarışma kimi yadda qaldı. Qalmaqalları yaradan isə biz özümüz olmadıq, sadəcə müsabiqə ərəfəsində təsadüfi və eləcə də xoşagəlməz məqamlar bu problemin yaranmasına səbəb oldu. Hər bir kəsdən xahiş edərdim ki, dekabrın 11-də Türkiyənin “Star” televiziyası ilə yayımlanacaq bu müsabiqəyə baxsınlar və təmsilçilərimizi dəstəkləsinlər. Yeri gəlmişkən deyim ki, Günay Musayeva məhz elə bu kanalda aparıcılıq təklifi alıb. Müsabiqədən də qayıdan kimi məşhur bir dərginin üz qabığına çəkilib. Bu xanım həqiqətən də öz üzərində çalışır və birinci olmağa layiqdir. Onun bu məqamda dəstəyə ehtiyacı var və biz ondan bu dəstəyi əsirgəməməliyik.
- Sizcə, Günay Musayeva birincilik qazansa bütün danışılanlar, eləcə də onun Azərbaycanda pul hesabına qalibiyyət qazanması söz-söhbətlərinə son qoyula bilər? Bu həm də sizin sözünüzün sübutu olacaq...
- Haqlısınız, əgər Günay bu müsabiqədə qalib olsa, özünün və mənim doğruluğumu sübut etmiş olacaq. Əgər o qalib olsa, ən böyük arzularımdan biri çin olacaq. Çünki çox arzulayaram ki, Günay birincilik qazansın. Hamıya hər şeyi sübut etməyə ehtiyac yoxdur, sadəcə göstərmək lazımdır ki, kim nəçidir. Burada deyirdilər ki, Günay birinciliyi pulla alıb, bəs orada qalib gəlsə, nə deyəcəklər? Yəni, Günayın o qədər çox pulu var ki, hər yerdə birinciliyi alsın?!
- 90 ölkənin iştirak edəcəyi bu müsabiqədə Azərbaycan iştirakçılarına rəqib gördüyünüz kimlərsə var? Bu sahənin bilicisi kimi digər təmsilçi modellərlə maraqlanmısınız?
- Bəli, maraqlanmışam. Gəldiyim nəticə odur ki, Azər Ağakişiyevə İtaliya, Fransa, Bolqarıstan, Türkiyə, Günaya isə iki xanım model rəqib ola bilər. Rusiyadan və Mərkəzi Afrikadan olan xanım modellər həm boy, həm də parametr baxımından Günayla eynidirlər, sadəcə biri ağ, o biri isə qaradərilidir. Amma yenə də Günaya rəqib görmürəm. Əslində hər iki təmsilçimiz olduqca peşəkardır və mən onlara güvənirəm. Günayla mütəmadi olaraq, əlaqə saxlayıram, bildirib ki, müsabiqəyə ciddi məşqlər gedir. Ajda Pekkan və Demet Akalınla çalışan dizayner, modelyer dostum Ramazzo Günaya çox gözəl qiyafələr hazırlayıb. Baxmayaraq ki, Ramazzo əslən gürcüdür, amma azərbaycanlı sayılır, çünki 1995-ci ildən Azərbaycandadır, bu ölkə üçün can yandırır. Günaya çox maraqlı ayaqqabılar, ümumiyyətlə kolleksiya hazırlayıb. Buna görə ona çox böyük təşəkkür edirəm. İlk addımlarımda Ramazzonun mənə çox böyük dəstəyi və köməyi olub. Mən onun bir kiçik qardaşı kimi gözünün önündə böyümüşəm. O, sənət baxımından qat-qat məndən yüksəkdir. Mənə dedi “sən artıq püxtələşmisən və zamanın yetişib”. Bu müsahibə vasitəsi ilə ona milyon dəfə “çox sağ ol” deyirəm. Mən bunu heç zaman itirə bilmərəm.
- Anar, yəqin müsabiqə öncəsi Erkan Özərmanla danışmaq imkanın olub. Ərkan bəy “Best model of the World”-ün hazırlığı barədə hansı məlumatları verib sənə?
- Bildiyimə görə, çox möhtəşəm bir gecə olacaq. Şounu meqa-star Tarkanın komandası hazırlayır. Əminəm ki, dekabrın 11-də yüksək səviyyəli bir şounun izləyicisi olacağıq. İnşallah, həmin gün birincilik qazanıb Azərbaycanın da adını yüksəklərə qaldırarıq.
Banu

1750