Nazpəri Dostəliyevadan ATV-yə ağır cavab
Lent.az-ın məlumatına görə, müğənni mətbuat əlaqələndiricisini vasitəsi ilə adını arzulamadığı şəkildə hallandıran telekanala mesaj verib: “Artıq bir deyil, bir neçə ildir ki, o kanalla heç bir şəkildə əməkdaşlıq etmirəm. Bu günlərdə eşidirəm ki, proqramlarının birində Nazpəri Dostəliyevanın adından anonslar səslənir. Kanal öz təbliğatını davam etdirib hansısa falçını təqdim edir. Özü də Nazpəri Dostəliyevanın qohumu kimi! Əvvəla o proqramın qonağı bacım Zeynəb Dostəliyevadır. Bir halda ki, proqrama çağırmısınız, niyə qonağa hörmətlə yanaşıb onun adını çəkmirsiniz? Niyə falçıları marka kimi Azərbaycan xalqına sırıyanda reklam kimi Nazpəri Dostəliyevanın adına ehtiyac duyursunuz? O adam mənim qohumum idisə, 10 il əvvəl mən o kanalda görünəndə sual verərdiniz, cavablandırardım! Üstəlik bacım proqramda oturub və deyir ki, əgər mən Nazpəri xanımın bacısıyamsa, bizim belə qohumumuz yoxdur!”
Nazpəri xanım kanalın bu addımını belə qiymətləndirib: “Bu bir daha sübut edir ki, mənim adımın hallanması belə onlar üçün reytinqdir! Və onlar da bu ehtiyaca möhtacdırlar! Elin gözü tərəzidir, əgər mən bu kanal üçün qalmaqallar, ucuz reklamlar üçün vasitə olmamışamsa, abırsız açıqlamalarla maqazin gündəmini bəzəməmişəmsə, xalqım məni üzrlü hesab etsin, məqam düşəndə belə bulanıq söhbətlərin, mənasız anonsların şahidi olacaqlar! Bircə faktı qeyd edim... Yel qayadan heç nə aparmaz!”
Lalə Yusifqızı

Oxşar yazılar

Melisa Döngel bu fotoları ilə diqqət çəkdi
1 may 2025 , 11:10
Ferdi Tayfurun miras davası davam edir...
1 may 2025 , 10:42
Ben Afflek və Cennifer Lopez mülklərini bölüşdürə bilmirlər - QALMAQAL
30 aprel 2025 , 18:56
Məşhur aktrisa Afra Saraçoğludan YENİ POZALAR
30 aprel 2025 , 11:52
Tatlısəsin dodaq uçuqladan SƏRVƏTİ - Saymaqla BİTMİR
29 aprel 2025 , 15:50
20 milyonluq malikanə əldən çıxır – Məşhurlar boşanır
29 aprel 2025 , 14:54
Aybəniz Haşımovanı aldadıb pulunu alanlar tapıldı
29 aprel 2025 , 13:58