Tünzalə Ağayeva: “O qara piarı mənə qurdular...” - MÜSAHİBƏ
Azərbaycanın əməkdar artist Tünzalə Ağayevanın Lent.az-a müsahibəsi
- Son vaxtlar sizi fərqli təqdimatda görürük, təkzib etsəniz də hələ də seçkilərə qatılacağınız iddia olunur.
- İnsanların belə düşünməsinə özüm əsas vermişəm. Amma bununla heç bir xüsusi məqsəd güdmürəm. Mənim peşəm qapalı, ofisə, şirkətə məxsus deyil. Sənətçinin sözünü minlərlə insan eşidə bilər. Onu sevənlər və sevməyənlər var. Həmişə ekrana çıxanda işinlə bərabər özünü də təqdim və təsdiq etməli olursan. Həmişə gördüyüm işdə fayda istəmişəm. Bax, musiqiçiyəm, ifa edirəm, mahnı yazıram, albomlarım çıxır, konsertlər verirəm, dinamik həyat tərzi keçirirəm. Yenə də özümü dar çərçivədə hiss edirəm. Harada sosial aksiya varsa, çalışıram iştirak edəm. Vətəndaşları narahat edən hər hansı bir məsələdə yararım varsa, iştirak edirəm. Bunu pafos xətrinə demirəm...
- Etiraf edək ki, ictimaiyyət xüsusilə sənətçilərdən o dəyəri gözləmir, hətta kəskin halda qəbul etmir. İzahı da belə olur, əgər sənətçi bu addımı atırsa, ya əməkdar, ya xalq artisti adını almaq istəyir. Ya da başqa halda millət vəkili olmaq istəyir.
- Bəli. Amma insanların belə düşünməsinin günahının yarısı sənətçilərin özlərindədir. Danışırlar, lakin əməldə heç nə yoxdur, danışdıqları başqa yerə qulluq edir. Sənətçilərin müəyyən qismi maddi marağa qulluq edir, onlar da müəyyən mənada haqlıdırlar. Burda dəyərlər və ehtiyaclar toqquşur. Sənətçi ehtiyacları ilə məqsədləri ayrı yerə bölünür. Mənim də buna ehtiyacım var, mənim də maddi çətinliklərim var. Qaz pulum, işıq pulum, uşağımın təhsili... O sənətçi, o insan ki deyir mən neyləyim, bu artıq normal deyil. İnsan “mən neyləyim” deməməlidir. Səbəb kənarda axtarılmamalıdır, səbəb insanın özündədir. Əgər insan öz strategiyasını, məqsədini, arzularını, dəyərlərini yaşada bilmirsə, günah özündədir.
- Siz qastrollara gedəndə maddi xərclərinizi necə ödəyirsiniz?
- Mən demirəm o mexanizmi ideal şəkildə qurmuşam, hər tədbirdən imtina etmişəm. Yox! İnanın, çox səmimi deyirəm, elə vaxtlarım olur ki, seçim arasında qalıram. Mənə elə yer, elə səhnə təklif edirlər ki, nələr verə bilərlər! Vallah, orda özümü şəxsiyyət kimi boş hiss edəcəmsə, artıq o qonorar mənim üçün əhəmiyyətsiz olacaq. Bəlkə də bu müsahibədən sonra bəzi insanlar mənim fikirlərimi boş sayacaqlar. Bax həmin o insan hesab edir ki, cibinin dolu olması onun üçün həyatdır.
Məni hardasa Azərbaycan diasporu gözləyir, hazırda şərəfli işlə məşğulam. Mən Milli qəhrəmanımız Mübariz İbrahimov barəsində filmə musiqi yazdım. Bir insan başa düşməlidir ki, Allah bizə ağıl verib. “Mən neyləyim” deyənin həyatına baxın, hər şey normaldır. Hər şeyi var. Sadəcə, o insanın gözü acdır və nə etdiyini bilmir. Problem özündədir. Hörməti bir günə qazanmaq olmur. Axı sən nə əmək verdin ki, insanlar sözünün çəkisini bilsin? Bir dəfə göstər, beşindən biri inanacaq ki, bu insanın haqqı var.
- Bu məsələ sənətçilər arasında uzun müddət mübahisəyə səbəb oldu: Azərbaycan cəmiyyətində yaradıcı qadın köməksiz, öz gücü ilə istədiyi mövqedə ola bilər?
- Səni idarə edən arzuların, təfəkküründür. İnsanın istəyinin cürbəcür dozaları, həcmi var. Əgər insanlar hesab edirsə ki, qadın bir yolda maneələrə rast gələ bilər, bəli, bu doğrudur. Əgər hər addımda nəfsimizə hakim olarıqsa, hər günün öz zirvəsi ilə qane olarıqsa, bu, artıq uğurumuzdur. Bu günün zivəsi mənim üçün bu müsahibədir, mənim sözümü minlərlə insan oxuyacaq. Baxmayaraq ki, hədəflərim müqəddəsdir, lakin nəfs də o yolda dayanır. Hədəfə doğru nəfsini idarə edərək sabaha addımlayan insan hər dəfə daha rasional, radikal, daha sərbəst və sağlam olacaq. İnsan, qadın hədəfə çata bilər, əgər o, hər gününə hakim olacaqsa. Əgər o hər gününə gözütoxluqla yanaşacaqsa...
- Ailə qurub bütöv, örnək sənətçi olmaq istəyiniz var? Çünki istər-istəməz bu da bizim dəyərlərimizə aiddir.
- Ailə dəyərləri müqəddəs və toxunulmazdır. Mən də övladıma o dəyərləri aşılayıram. Cəmiyyətin də buna ehtiyacı var. Səbəb isə Allahla insanın arasındadır. Əvvəla, qınayan insanın sabah başına gələ bilər. İkincisi, övladı yaşaya bilər. Üçüncüsü, dinimizdə də var, bilmədiyini danışma. Olan şeyi sən təkrar edib danışırsansa, bu artıq qeybətdir. Bəli, Tünzalə Ağayeva bütöv olmalıdır, o mükəmməl ana, həyat yoldaşı olmalıdır. Amma həqiqət elə deyil axı. Gəlin həqiqətə daha açıq gözlə baxaq, sənətçinin bəlası odur ki, həyatımız üzdədir. Mən qara piarı özümə qurmamışdım. Mənə qurdular o qara piarı...
- Sizdə bu yöndə kompleks yaranmır ki?
- Yox, mənim üçün bu kompleks yaratmır. Mümkün deyil bu kompleksə çevrilə. Mən istəmirəm qadın olaraq bu hadisənin xoşbəxt şəkildə yaşayam? Bu, zaman məsələsidir. Üzdə olan insanın həyatında nə baş verəcəyi zaman məsələsidir. İstəyərəm ki, bundan sonra nə olacaqsa, artıq özümə məlum olsun. Çünki vaxtilə hər şey ortada oldu. Mən qapanmaq istədikcə işıqlandırıldı. Məcburən nələrisə danışmalı olurdum. İstəmədikcə o piarın gücü artırdı. Artıq boş buraxdım. Şükür Allaha, vicdanımı bilən bir Allahdı, bir mən! Zaman göstərəcək əslində Tünzalənin hədəfi nə idi, danışıqlarında nə qədər səmimi idi. Çünki ən gözəl tərəzi Allahın tərəzisidir. Bizim tərəzimiz o qədər subyektivdir ki... Obyektiv düşünmək üçün insan dərin təfəkkürə sahib olmalıdır. Başqasını müzakirə edəndə də bir özümüzə də baxaq. Ailə dəyərləri hamı üçün vacibdir, əgər mən evimin içində psixoloji təzyiqlərə məruz qalacaqdımsa, sabah bugünkü kimi yox, xəstə kimi danışacaqdımsa, cəmiyyətə yararım ola biləcəkdi? Mən səhvlərimi özüm bilirəm, Allahın qarşısında cavab verəcəm. İnsanın Allah qorxusu varsa, o cəmiyyətə münasibətdə də sağlam, vicdanlı olacaq.
Lalə Yusifqızı

1788