“Blok3”  haqda istintaq başladıldı
22 avqust 2025 09:22 (UTC +04:00)

“Blok3” haqda istintaq başladıldı

“Blok3” adı ilə tanınan türkiyəli reper Hakan Aydın barəsində istintaq başladılıb.  

Lent.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilib ki, ona qarşı qəsdən bədənə xəsarət yetirmə, təhdid  soyğun, şantaj, təhqir, cinayət təşkilatı qurma məqsədi ilə fəaliyyət göstərmə maddələri ilə araşdırma aparılır. 

Həmçinin onun prodüseri Maruf Yöntürk haqqında da istintaq başladılıb.

İstintaq çərçivəsində reperin fəaliyyəti və iddialara əsas olan sübutlar dəyərləndirilir.

 


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326

Oxşar yazılar