Elza Seyidcahan: “ Mən “avtoş”am”
Əməkdar artist Elza Seyidcahan musiqisi özünə, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus olan “Sevgililərin rekviyemi” mahnısının klipini təqdim edib. Müğənni Lent.az-a açıqlamasında bu klipin əslində uzun müddət öncə çəkildiyini söyləyib: “Bu klipi Türkiyənin Bodrum şəhərində 4 il öncə 50 dərəcə istidə çəkdirmişəm. Mənə hədiyyə olunan bu klip açıq havada, dənizdə və gözəl məkanlarda çəkilib. “Sevgililərin rekviyemi” adlı mahnımın sözlərini yazan millət vəkili Qənirə Paşayevaya və bu klipdə əməyi keçən hər kəsə minnətdaram”.
Qeyd edək ki, müğənni bu gün klipin təqdimat mərasimini keçirməyi planlayıb. Lakin tədbir təyin olunan vaxtdan 2 saat gec başlayıb. Bu səbəbdən jurnalistlərin bir qismi tədbirin başlamasını gözləməyib, zalı tərk edib. Müğənni gecikməsinin səbəbini də açıqlayıb: “Məni üzrlü hesab etsinlər. Çünki bilərəkdən gecikmədim. Mən elə bilirdim ki, Beynəlxalq Mətbuat Mərkəzi Hökumət evində yerləşir. Amma səhv salmışam. Ona görə də yolu tapa bilmirdim. Amma nə yaxşı ki, avtomobilimi tez idarə edib, gəlib çata bildim. Mən “avtoş”am”.
Qeyd edək ki, klipin rejissoru Nailə xanım, operatoru Mətləbdir. Müğənnin imicinin üzərində stilistlər Rasimə Muradova və Pərviz Mirzayev işləyib.
Yalçın Süleymanov

Oxşar yazılar

“Gangnam Style”ın ifaçısı ilə bağlı istintaq başladı
28 avqust 2025 , 18:35
Donald Trampla düşmən olan Teylor Svift evlənir
27 avqust 2025 , 18:05
Britni Spirsdən son evliliyi ilə bağlı təəccüblü ETİRAFLAR
27 avqust 2025 , 15:42
Hande Erçel sevgilisindən ayrılıb? - İDDİA
27 avqust 2025 , 12:02
Varlı ailələrdən çıxan MƏŞHURLAR
27 avqust 2025 , 10:50
Nəsrin Cavadzadə yeni sevgilisi ilə
26 avqust 2025 , 10:15
Sevgi yolunda qurban qadınlar - Alen Delonun 3 məhəbbəti
26 avqust 2025 , 09:24