
Azərbaycanlı model “Best Model of the World”un münsiflər heyətində
0
0
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva “Best Model of the World” yarışmasının münsiflər heyətinə dəvət edilib. Lent.az-n məlumatına görə, model bu dəfə də dünyanın ən yaxşı modelini seçmək üçün münsiflər heyətində yer alacaq. Dekabrın 8-də İstanbulda keçiriləcək builki yarışmada Sibel Tüzün, Ece Filiz və İbrahim Gayberi aparıcılıq edəcək. 9 ölkədə canlı yayımlanacaq yarışmada dünyanın ən yaxşı manekeni adı uğrunda 20-yə yaxın ölkə nümayəndəsi mübarizə aparacaq.
Yalçın Süleymanov
Yalçın Süleymanov
0
0