İşgüzar adamlar üçün Britaniya ulduz falı (3 – 9 dekabr)
04 dekabr 2012 02:45 (UTC +04:00)

İşgüzar adamlar üçün Britaniya ulduz falı (3 – 9 dekabr)

QOÇLAR bu həftə çox diqqətli olmalıdırlar, yoxsa rəqibləri onları geridə qoymağa çalışacaqlar. Lakin astroloqlar hadisələrə faciəvi don geydirməyə tələsmirlər. Gərgin fəaliyyət və düşünülmüş addımlar sayəsində yaxanızı itkilərdən qurtarıb biznesinizi qoruya bilərsiniz. İstənilən halda həyatınızdakı böhranlı vəziyyətləri idarə etməyə hazır olmalısınız.

BUĞALAR hadisələrin gedişatının mümkün ən pis variantını təhlil etməlidirlər. Onda biznesiniz üçün real təhlükəni dərhal hiss edib qarşısını ala bilərsiniz. Ruhdan düşmək sizə yaraşmır. Yalnız intellektual fəaliyyətiniz və ünsiyyətcilliyiniz sayəsində mürəkkəb vəziyyətdən itki vermədən çıxa bilərsiniz.

ƏKİZLƏR qarşılaşdıqları biznes mühitindən şok vəziyyətinə düşəcəklər. Buradakı qayda-qanunlar adət etdiklərinizdən əsaslı şəkildə fərqlənəcəkdir. Münaqişələrə bəhanə yaratmamaq, başqasının dəyirmanına su töküb tərəfdaşlarla münasibətlərinizi korlamamaq üçün son dərəcə ehtiyatlı olmalı, yeni qaydalarla oynamağı öyrənməlisiniz.

XƏRÇƏNGLƏR yenə də vaxt qıtlığı hiss edəcəklər. Lakin qarşınızdakı məsələlərin yaradıcı xarakteri, onların həlli müqabilində əldə edəcəyiniz qazanc işləmək əzminizi möhkəmləndirəcək, müsbət işgüzar abı-hava yaradacaqdır. Bu günlər sizi yalnız qızıldan qiymətli vaxtınıza qənim kəsilən zəhlətökən tıxaclar qıcıqlandıra bilər. Ona görə də ilk növbədə nəqliyyat problemini həll etməlisiniz.

ŞİRLƏR ikinci dərəcəli, əhəmiyyətsiz məsələlər barədə az düşünüb, keçmişi xatırlamaqdan əl çəkməlidirlər. Onsuz da problemlərin açarı zamanın əlindədir. Bu gün barədə, onun səxavətlə sizə təklif etdiyi imkanlar barədə düşünməlisiniz. Layiq olduğunuz uğura nail olmaq üçün tədbirli hərəkət edib məsələlərə praktiki yanaşmağınız kifayətdir.

QIZLAR unutmamalıdırlar ki, təkamül inqilabla müqayisədə daha konstruktiv yanaşmadır. Siz sürətli dəyişikliklər istəyi ilə yaranmış vəziyyətlə barışmaq zərurəti arasında ortaq məxrəcə gələ bilmirsiniz. Xırda-para problemlərin sizi təbdən çıxarmasına yol verməməlisiniz. Vaxtınız düşündüyünüzdən çoxdur.

Bu həftə TƏRƏZİLƏR onları daxildən gəmirən vicdan əzabı ilə həyatdan küskünlüyün acı qatışı dolu badəni dibinə qədər içməli olacaqlar. Lakin astroloqlar ətrafa boylanıb taleyin sizdən heç əsirgəmədiyi, başınızdan tökdüyü nemətlər barədə düşünməyi məsləhət görürlər. Onda bu nemətləri indiyədək görməzdən gəldiyinizə, kar və kor insan kimi davrandığınıza görə özünüz də təəccüblənəcəksiniz ki, ətrafınızdakı müsbət məqamlar.

ƏQRƏBLƏR yaxın günlərdə birgə layihələrdə ehtiyatı əldən verməməlidirlər. Qarşılıqlı məsuliyyət qarşılıqlı töhfə də tələb edir. Lakin tərəfdaşınız işin bütün ağırlığını sizin çiyninizə yükləyib özü gözləmə mövqeyi tutursa, bu cür ədalətsizlik ümumi işə yalnız ziyan gətirə bilər. Əvvəlcədən ona başa salmağa çalışın ki, real yardım göstərməsə, gəlirinizdən pay götürməyə heç bir haqqı yoxdur.
OXATANLAR danışıqlar masası arxasına keçib sazişlər imzalayacaq, razılaşmalar əldə edəcəklər. Gördüyünüz bütün işlər hamıya xeyir gətirəcəkdir. Yalnız özünüzü unutmadığınıza əmin olmalısınız. İnsanlarla həssas davranıb onların ürəyinə yol tapmalısınız. Onların bəzilərini söhbətə cəlb etmək asan olmayacaqdır. Lakin gözəl yumor hissiniz, səmimiyyətiniz və xeyirxahlığınız sayəsində ilanı da yuvasından çıxara bilərsiniz.

DOLÇALARI karyera yüksəlişinə yol açan xoş bir tanışlıq gözləyir. Diqqətli olun və düşünmədən tələsik qərarlar qəbul etməyin, yoxsa qaş düzəltmək yerinə vurub göz çıxararsınız. Həm bədəninizi, həm də ruhunuzu möhkəmləndirmək üçün fiziki hərəkətlərlə məşğul olmalısınız.

OĞLAQLAR bu həftə işin içində itib-batacaqlar. Qanınızı qaraltmayın, tədbirli hərəkət etsəniz, bütün bunların öhdəsindən çox asanlıqla gələcəksiniz. Həftə sonu rəhbərlikdən maddi həvəsləndirmə gözləyin. Ortada təəccüblü heç nə yoxdur. Axı, son vaxtlar işdə əməlli-başlı can qoymusunuz. İstirahət günləri üçün möhtəşəm planlar qurmayın. Yaxşı olar, doğmalarınızın yanında səmərəli istirahət edəsiniz.

Astroloqların proqnozlarına görə, bu həftə BALIQLARIN üzü güləcəkdir. Rəhbərlik çoxdan arzusunda olduğunuz məzuniyyətə nəhayət razılıq verəcəkdir. Çalışın ki, bu günləri yaxşıca dincələsiniz. Üstəlik, Yeni il ərəfəsində həm özünüzü, həm də ailə üzvlərinizi gözəl-gözəl hədiyyələrlə sevindirmək üçün kifayət qədər vaxtınız olacaqdır.

AzərTAc
# 1570

Oxşar yazılar