İbrahim Tatlısəs Bakıda Lent.az-a danışdı
“Allahıma çox şükürlər olsun yaxşıyam. Özümü çox yaxşı hiss edirəm”. Bunu Lent.az-a açıqlamasında artıq bir neçə gündür ki, Bakıda səfərdə olan Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəs deyib.
İbrahim Tatlısəslə onu müalicə edən tanınmış ekstrasenslə birgə Bakının məşhur restoranların birində şam edərkən görüşdük. Azəri qızı Günelin qardaşı Tunar, atası Rəhman İbrahimovun təşkilatçılığı ilə baş tutan ziyafət gecəsində daha bir neçə xanəndə də iştirak edib. İbrahim Tatlısəs onlarla birgə mahnı oxuyaraq, əylənib.
Müğənninin mühafizəçiləri tərəfindən fotoçəkilişlərinə qadağa qoyulub. Lakin, müğənnidən qısa olaraq hal-əhval tuta bildik. Bizimlə səmimi görüşən müğənni özünü yaxşı hiss etdiyini söyləyərək, onun üçün narahat olan insanlara da təşəkkür etdi: “Hər kəs sağolsun. Şükürlər olsun ki, yaxşıyam, özümü yaxşı hiss edirəm”.
Qeyd edək ki, müğənni tanınmış ekstrasens Nuridə Küskünün yanında müalicə almaq üçün bir neçə gündür ki, Bakıdadır.
Nuridə Küskün, bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, müğənninin səhhətində müsbətə doğru dəyişiklik var: “Bu gün hər qolundan 7 qram qan aldırdım. Baxdıq ki, venanın birində qan qatı, digərində isə durudur. Onun düzəlməsi üçün beyində olan problem tapılmalıdır. Mən İbrahim bəyin bədəninin hansı nöqtəsində problemlər olduğunu əlimi toxundurduqca söylədim. O, “bəli” söyləyərək, doğru tapdığmı təsdiq edirdi . İbrahim bəyin aurası o qədər təmizdir ki, onun səhhəti müsbətə doğru tez bir zaman da dəyişdi”.
Nuridə Küskün bildirib ki, müalicə bir neçə gün davam edəcək: “Mən İbrahim Tatlısəs sevənlərin qarşısında söz verirəm ki, tez bir zamanda hər şey yaxşı olacaq. O, 8 aydan sonra tam oxuya biləcək. Biz çox səmimi söhbət etdik.Mən ondan üzr istədim ki, Türkiyəyə gedə bilmədim. Çünki təyyarəyə minə bilmirəm. O, isə söylədi ki, mən belə bir xanımın ayağıma qədər gəlməsinə razı ola bilməzdim. Ona görə də özüm gəldim”.
Nuridə Küskün mətbuat konfransı zaman İbrahim Tatlısəslə canlı telefon bağlantısı edib. İbrahim Tatlısəs özünü yaxı hiss etdiyini söyləyib.
Jalə

Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10