“İbrahim Tatlısəsin Bakıda müalicəsi davam edir”
21 noyabr 2012 18:52 (UTC +04:00)

“İbrahim Tatlısəsin Bakıda müalicəsi davam edir”

Dünəndən Bakıda olan Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsin müalicəsi davam edir. Lent.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında tanınmış ekstrasens Nuridə Küskün Şuşalı deyib. Onun sözlərinə görə, ilk müalicədən etibarən müğənninin səhhətində irəliləyiş var: “Bu gün hər qolundan qan aldırdım. Baxdıq ki, venanın birində qan qatı, digərində isə durudur. Onun düzəlməsi üçün beynində olan problem götürülməlidir. Kosmos və mələklərimdən, təmasda olduğum qüvvələrdən gələn səslərə inanaraq, mən İbrahim bəyin bədəninin hansı nöqtəsində problemlər olduğunu bildim. Əlimi toxundurduqca o, “bəli” söyləyərək, doğru tapdığımı təsdiq edirdi. İbrahim bəyin aurası o qədər təmizdir ki, onun müalicəsi müsbətə doğru tez dəyişdi. Mən ona söylədim ki, mən təyyarəyə minə bilmədiyim üçün Türkiyəyə gedə bilmədim. O da bildirdi ki, belə bir xanımın onun ayağına qədər getməsinə razı ola bilməzdi. Ona görə də özü gəlib”.


Nuridə Küskün mətbuat konfransı zaman İbrahim Tatlısəslə canlı telefon bağlantısı qurub. İbrahim Tatlısəs özünü yaxı hiss etdiyini söyləyib.


Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2063

Oxşar yazılar