İbrahim Tatlısəs Bakıdadır
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs Bakıdadır. Bu barədə Lent.az-a tanınmış ekstrasens Nuridə Küskün məlumat verib. Onun sözlərinə görə, bu gündən etibarən müğənnini müalicə edəcək: “Mən uzun müddət Rusiyada işləmişəm. Tanınmış bir insan var idi. O, mənim xəstəm idi. Sağaldıqdan sonra İbrahim bəyə mənim haqqımda danışıb. Daha sonra isə mənə Amerikan xəstəxanasından zəng vurdular. Bildirdilər ki, sizin haqqınızda bilgilərimiz var. Çalışdığınız xəstələr hamısı tam sağalıb. Biz Tanrının köməyi ilə İbrahim bəyi həyata qaytardıq, onun tam sağalması üçün bizə kömək edə bilərsinizmi? Mən də dedim ki, qoy bir az fikirləşim, cavab deyərəm. Sonra isə qərarımı bildirdim. Razılaşdığımı söylədim”.
Nuridə Küskün bildirib ki, o, müalicəni təmənnasız həyata keçirəcək: “Bu yaxınlarda İstanbuldan çəkiliş üçün gəlmişdilər. Onlar da bunu məndən soruşdular. Bildirdim ki, mən bu işi təmənnasız həyata keçirəcəyəm. Onlara bildirdim ki, İbrahim Tatlısəs həm Türkiyənin, həm də bizim əzizimizdir. Birinci Tanrı kömək edəcək, sonra isə biz. Mən İbrahim Tatlısəsə sözümü demişəm. Mən hörmət, para, savabın kimdən gəldiyini bölüşdürməyi bacarıram. Tanrı qarşısında söz verdim ki, ona kömək edəcəyəm. Mənə gələn səslər heç vaxt məni aldatmayıb”.
Nuridə Küskün bildirib ki, müğənni hazırda qaldığı mehmanxanada istirahət edir: “İbrahim bəy bildirdi ki, hələlik 3-4 gün dincəlmək istəyir. O, çox gərgindir, həm də çox duyğusal olub. Müalicələrimiz elə müğənninin qaldığı mehmanxanada həyata keçiriləcək”.
Jalə Məmmədli

4331