Stilist Anar: “Telli Borçalı tar çaldığı üçün belə geyinirsə...”
Stilist Anar Ağakişiyev tanınmış aşıq Telli Borçalını zövqsüzlükdə ittiham edib. Bu barədə Lent.az-a danışan stilist bildirib ki, şou-biznesdə olan xanımlar arasında Telli Borçalı zövqsüzlüyünə görə seçilir: “Ümumiyyətlə, səhnədə olan insan gərək geyimlərinə diqqət etsin. Telli Borçalıda zövq ümumiyyətlə yoxdur. Yəqin düşünür ki tar (?-red.) çalırsa, belə də geyinməlidir. Amma seçimi yanlışdır”.
Stilist aşıq xanıma öz tövsiyələrini də verib: “Bir stilist kimi Telli Borçalıya məsləhətim budur ki, yaxşı görünmək istəyirsə, ilk növbədə zərli parçadan hazırlanmış geyimlərdən imtina etməlidir. Zərli parçadan hazırlanmış geyimlər onun artıq çəkili olduğunu göstərir”.
Yalçın Süleymanov

4199