Ay camaat, Rəqsanə Həccə gedir!!!
0
0
Müğənni Rəqsanə İsmayılova indi də Həccə getmək istəyir. Lent.az-a açıqlama verən Rəqsanə bildirib ki, o, ziyarətə Hacı adını qazanmaq üçün yox, sadəcə ziyarət etmək məqsədi ilə gedir: “Qarşıdan Məhərrəm ayı gəlir. Bu müqəddəs ayda Həccə getmək istəyirəm. Ancaq mənim bu səfərim sırf Hacıxanım adını qazanmaq üçün deyil. Belə ki, siz mollalardan da soruşa bilərsiniz. Belə bir qayda var. Yəni, həccə getmək tək hacı adını almaq demək deyil. Hacı olmağın 7 qanunu var (?-red.). Sadəcə indi ürəyimdən gələn bir arzudur ki, Məhərrəm ayında Məkkəyə gedim”.
Rəqsanə bildirib ki, müğənni olması onun bu adı almasına mane olur: “Mən indi içki məclislərinə gedirəm, dırnaq uzadıram. Amma o adı qazansam, açıq-saçıq geyimlərdə efirə çıxa bilməyəcəyəm. O zaman gərək bu sənətdən uzaqlaşım. Uzaqlaşmasam, günah qazanacağam. Onsuz da hamının yetəri qədər günahı var. Haçansa sənətdən getsəm, ev qadını olsam, onda hacıxanım adının götürərəm üstümə”.
Yalçın Süleymanov

Oxşar yazılar

Serialda boşanmışdı, real həyatda TOY EDİR
3 sentyabr 2025 , 12:31
Ekranların ulduzu barəsində deyilməyən qalmadı - QALMAQAL
3 sentyabr 2025 , 11:01
Yay bitir plyaj pozları hələ gəlir – YARIÇILPAQ MƏŞHUR
3 sentyabr 2025 , 10:06
Müğənni Ayan dinini dəyişdi
2 sentyabr 2025 , 16:22
Valeri Meladzenin qızı axtarışa verildi
2 sentyabr 2025 , 12:43
Teylor Sviftin sevgililəri və onlara həsr etdiyi mahnılar
1 sentyabr 2025 , 16:43
Məşhurların ən bahalı evlilik üzükləri
30 avqust 2025 , 18:59