Anmarinin “Sarı gəlin” sevgisi
Latviyanın “Eurovision-2012” təmsilçisi Anmari noyabrın 27-də Heydər Əliyev Sarayında “Sarı Gəlin” adlı konsert proqramı ilə çıxış edəcək. Heydər Əliyev Sarayının mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, latviyalı müğənni bildirib ki, “Sarı Gəlin” mahnısı onun ürəyincə olub və ona görə də konsert belə adlanacaq.
Müğənni konsert proqramına Azərbaycan dilində daha bir neçə mahnı əlavə edib.
Konsertdə məşhur bəstəkar Raymond Paulsun mahnılarını, dünya hitlərini və özünün bəstələdiyi mahnıları da ifa olunacaq. Anmari Bakı tamaşaçılarını konsert proqramına dəvət edib.
Qeyd edək ki, konsertdə Anmarini səhnədə 5 nəfərdən ibarət estrada orkestri və 4 nəfərlik rəqs kollektivi müşayiət edəcək.
Artıq satışda olan biletlərin qiyməti 10-60 manat arasındadır.

1388