Xumar Qədimova: “Cəsarəti olsa, gəlib sözünü deyərdi” -
Çoxdandır, ondan müsahibə götürməyi düşünürdüm. Aparıcı Səxavət Nurun “İmza mən” verilişinin çəkilişdən sonra nəhayət onunla görüşdüm. Xumar xanım məni çay süfrəsinə dəvət etdi. Nazlı-qəmzəli, bəzən də durğun Xumar xanımla söhbətimiz baş tutdu.
Beləliklə, tanınmış müğənni Xumar Qədimovanın Lent.az-a müsahibəsini təqdim edirik:
- Xumar xanım necəsiniz, yaradıcılığınızda nə kimi yeniliklər var?
- Əvvəla deyim ki, sizə müsahibə vermək, mənə xoşdur. Çünki müsbət simanız var. Keçək yaradıcılığıma... Üzərində işlədiyim layihə çoxdur və hətta bir neçəsi tam hazırdır. İki mahnımı aranjemana vermişəm. Eksklüziv olaraq sizə deyim ki, sözləri Cəlal Qurbanova, bəstəsi özümə aid olan mahnım Türkiyədə dəyərli aranjemançılar tərəfindən aranjeman olunur. Digər bir musiqimə isə Sona Vəliyevaya sərbəst vəzndə şeir yazıb. Artıq o da hazırdır. Bir neçə keçmiş türk mahnısını yeni aranjemanda ifa etmişəm. Yəni yeniliklərdən bolam.
- Bir müddət əvvəl Türkiyənin tanınmış müğənnilərindən Kibariyə ilə Türkiyədə konsertiniz oldu, onunla duet oxudunuz. İşbirliyinizin sonu nə oldu? Ümumiyyətlə, azərbaycanlı müğənnilərin Türkiyədə uğur qazana bilməməyinin səbəbi nədir?
- Deyim ki, bizim müğənnilərdən kiminsə orada tanınmağını eşitməmişəm. Tanınmaq ayrıdır, sevilmək ayrı. Mediada tanınmaq ayrıdır, xalqın sevgisi ayrı. Tanınmaq azdır. Bu gün mən Türkiyədə sevilirəm. Türkiyədə uğur qazanmaq üçün gərək türkün ruhunu oxşayan mahnıları ifa edəsən. Bunsuz mümkün deyil.
- Gənc müğənni Ülvi Qılıncla bir neçə uğurlu duetiniz oldu. Başqa bir ifaçı ilə duet düşünürsünüzmü?
- Bəli, duet təklifləri var. Bu barədə hələ düşünürəm.
- Bilmək olarmı kimlərdi duet təklifi edənlər?
- Ad açıqlamaq istəmirəm. Duet olanda bunu hər kəs eşidəcək.
- Xanım müğənni ilə duet oxumaq istərdinizmi?
- Bəli. Ola bilər ki, xanım müğənni ilə olsun. Ürəyi olan müğənni ilə mənim duetim ola bilər. Yəni, gərək o da mahnıya ürək qoysun. Özüm kimi çılğın müğənni olmalıdır. Necə ola bilər ki, mən hayqıraraq oxuyuram, o ifaçı isə sakit. Belə duet alına bilməz. Müğənni gərək ürəklə oxusun. Anaq hələlik Azərbaycan şou-biznesində elə bir ifaçı görmürəm ki, mənimlə duet oxusun.
- Azərbaycan şou-biznesində , müğənnilərin əksəriyyətinin istər səsi, istərsə də siması bənzəyir. Sizə özlərini bənzətmək istəyənlər varmı?
- Doğru qeyd etdiniz. Azərbaycanda oxşar müğənnilər var. Ancaq Xumar Qədimovanın bənzəri yoxdur.
- Xumar xanım çəkiliş zamanı sizə bir məktub gəldi. Deyə bilərsiniz, o məktubda nə yazılmışdı?
- O məktub mənə gəldi və mən açdım oxudum. Orada nə yazılmışdı, açıqlaya bilmərəm.
- Siz məktub göndərən insanı tanıyırsınızmı ?
- Mən o insanı tanımıram. O insan cəsarətli deyil. Cəsarətli olsaydı, bu gün mənə məktubu göndərməzdi. Özü gəlib sözünü deyərdi. Ancaq belə olmadı.
Yalçın Süleymanov

4380