“Eurovision” qalibimiz Ukraynada sinqlını tanıdacaq
Lent.az-ın məlumatına görə, müğənninin səfəri bu yaxınlarda təqdim etdiyi “I’m free” sinqlının tanıtımı məqsədi daşıyır. Hazırda Kiyevdə olan Eldar Qasımov səfər çərçivəsində müxtəlif televiziyalarda qonaq olacaq, adıçəkilən mahnını ifa edəcək, eyni zamanda Ukraynadakı pərəstişkarları ilə görüşəcək: “Hər iş səfəri mənim üçün çox böyük məna kəsb edir. Artıq Kiyevdəyəm, bu gün efirlərdə qonaq oldum. Ölkə sərhədindən kənarda sevildiyimi görmək məni məmnun edir. Amma bu sevgiylə, uğurlarla kifayətlənmək fikrində deyiləm və daima “irəli” deyirəm”.
Eldar Qasımov deyib ki, o, Ukraynada bir sıra təkliflər də alıb və bu təklifləri dəyərləndirəcək: “Ukrayna mənim çox sevdiyim məkanlarından biridir. O səbəbdən də təklifləri dəyərləndirəcəyəm və gələcək üçün konsert proqnozlaşdırılır. Vətənə qayıtdıqdan sonra səfər təəssüratlarımla bağlı daha ətraflı məlumatlar verəcəyəm. Hələ ki, sizləri Ukraynadan salamlayıram”.
Eldar Qasımovun daha bir neçə Avropa ölkəsinə eyni məqsədli səfərlər etməyi planlaşdırır.
Jalə

1126