«Chanel N 5»dən istifadə qadağandır?
07 noyabr 2012 07:34 (UTC +04:00)

«Chanel N 5»dən istifadə qadağandır?

«BBC» radiostansiyasının məlumatına görə, bir sıra məşhur ətriyyat məhsulları, o cümlədən «Chanel N 5» qadağan oluna və satışdan çıxarıla bilər.

Səbəb bir sıra ətirlərin, o cümlədən bunun tərkibində allergiya doğuran maddələrin olması barədə Avropa alimlərinin əldə etdikləri nəticələridir.

Təqribən son yüz il ərzində ətriyyatçılar odekolon və ətir hazırlayarkən ağac mamırının xüsusi növündən istifadə ediblər. Bu mamırı isə Avropa Birliyi allergiya birləşmələrinin siyahısına daxil edib.

Xarici informasiya vasitələrinin məlumatına əsasən, Fransanın məşhur Guerlain şirkətinin «Miss Dior», «Shalimar», «Mugler» evinin «Angel», əfsanəvi «Chanel N 5» kimi ətirləri qadağan olunmaq təhlükəsi ilə üz-üzədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2204

Oxşar yazılar