Hansı sərfəlidir: müdirlə yaxşı münasibət, yoxsa yüksək maaş?
31 oktyabr 2012 06:05 (UTC +04:00)

Hansı sərfəlidir: müdirlə yaxşı münasibət, yoxsa yüksək maaş?

Amerikalı psixoloqlar ölkə şirkətlərində çalışan işçilər arasında sorğu keçirərək, iş prosesində əməkhaqqının heç də həmişə əsas olmadığın aydınlaşdırıblar.

Tədqiqata əsasən, insanların 65 faizi müdirlə yaxşı münasibətə daha çox üstünlük verir.

Rəyi soruşulanların yalnız 35 faizi əməkhaqqının daha yüksək səviyyəsinə səs verib. Bütovlükdə isə amerikalıların cəmi 36 faizi öz işindən razıdır.

Respondentlərin 31 faizi etiraf edib ki, onlar işlərindən ilham almır, rəhbərlik onları qiymətləndirmir. 15 faizi isə ümumiyyətlə insanın özünü bədbəxt, tənha hiss etməsindən və ya sıxıntı çəkməsindən gileylənib.

Psixoloqların qənaətincə, narazı işçilər bütovlükdə şirkətə ziyan vurur. Onlar xəbərdarlıq edir ki, məhsuldarlığın azalmasından şirkətlər hər il 360 milyard dollar itirə bilər. Bununla belə, respondentlərin təxminən 60 faizi «müdirlə münasibətləri yaxşılaşsa daha məhsuldar işləmək mümkündür»-qənaətindədir.

Rəyi soruşulanların bəziləri isə hətta öz müdirlərini karyeralarının inkişafının trayektoriyası olduğunu söyləyib. Rəyi soruşulan min nəfərin 55 faizi uğurlarının müdiriyyətlə münasibətlərdən birbaşa asılı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623

Oxşar yazılar

"Sihirli annem"in  aktrisası hicaba büründü

"Sihirli annem"in aktrisası hicaba büründü

1 noyabr 2024 , 19:07
Günel İbrahim Tatlısəslə konsertə hazırlaşır

Günel İbrahim Tatlısəslə konsertə hazırlaşır

1 noyabr 2024 , 16:57
“Yenidən dünyaya gəlsəm, onunla ailə qurardım ” - Manaf Ağayev

“Yenidən dünyaya gəlsəm, onunla ailə qurardım” - Manaf Ağayev

1 noyabr 2024 , 15:00
Elariz Amerikada  oriental rəqs etdi -VİDEO

Elariz Amerikada oriental rəqs etdi -VİDEO

1 noyabr 2024 , 11:58
Səidə Sultan  kürən oldu -VİDEO

Səidə Sultan kürən oldu -VİDEO

1 noyabr 2024 , 10:53
Ancelina Colini onlar əvəz edəcək

Ancelina Colini onlar əvəz edəcək

31 oktyabr 2024 , 19:07
Heç kim onun 84 yaşı olduğuna  inanmadı

Heç kim onun 84 yaşı olduğuna inanmadı

31 oktyabr 2024 , 15:39
"Onları kübar təbəqə toya çağırmır" - Nazilə Səfərli

"Onları kübar təbəqə toya çağırmır" - Nazilə Səfərli

31 oktyabr 2024 , 13:29