Bu həftə üçün Şərq ulduz falı
0
0
OĞLAQLARIN bu həftə işdə qabağa getmək və karyera qurmaq üçün yaxşı şansları olacaqdır. Fürsətdən istifadə edib-etməmək bütünlüklə sizdən asılı olacaqdır. İstənilən halda müdrik bir kəlamı unutmamalısınız: halva-halva deməklə ağız şirin olmaz. Təşəbbüslərinizin nəticəsi məqsədyönlü olmağınızdan və işləmək əzminizdən asılı olacaqdır. Ümidverici dəyişikliklərə yalnız gərgin zəhmət sayəsində nail olacaqsınız.
DOLÇALAR bu həftə peşəkarlıq baxımından böyük uğurlar qazanacaqlar. İşgüzar həyatınız bir xeyli fəallaşacaq, yeni əlaqələriniz işdə irəliləməyinizin, gözəl karyera qurmağınızın, maliyyə uğuru qazanmağınızın təməlini qoyacaqdır. Həftə ərzində rəhbərliklə aranızı düzəltmək üçün gözəl imkanlarınız olacaqdır. Yaradıcılıq enerjiniz və potensialınız aşıb-daşacaq, böyük ruh yüksəkliyi hiss edəcəksiniz.
BALIQLAR orijinal ideyalarını həyata keçirmək üçün standart olmayan qərarlar qəbul etməlidirlər. Planlarınızı vaxtından əvvəl açıqlamayın. Yoxsa, hərəkətləriniz bir stəkan suda fırtına qoparmağa bənzəyər. Hədəflərinizə yalnız səbir və təmkin nümayiş etdirməklə çata bilərsiniz. Həftə ərzində bir çox mühüm işlərinizi, o cümlədən maliyyə məsələlərini sahmana salacaq, ailə münasibətlərində sabitliyə nail olacaqsınız.
QOÇLAR bu həftə fırıldaq qoxusu gələn işlərdən uzaq durmalıdırlar. Aldanmamaq üçün bütün gücünüzü səfərbərliyə almalısınız, əks halda sizi külli miqdarda pul itkisi gözləyir. Gücünüzü və imkanlarınızı həddindən artıq şişirtməyin. Hər şeyin bir ölçüsü və əndazəsi vardır. Vəziyyətdən alnıaçıq-üzüağ çıxmaq üçün qaranlıq işlərdən və layihələrdən imtina etməlisiniz.
BUĞALARA peşəkarlıq fəaliyyətində, yaradıcılıq axtarışlarında çox fəal olmalıdırlar. Siz həmkarlarınızla keyfiyyətcə yeni tərəfdaşlıq münasibətləri qurmağa nail olacaqsınız. Maliyyə işlərində ehtiyatı əldən verməməlisiniz, çünki vəsait çatışmazlığı problemi ilə üzləşə bilərsiniz. Buna yol verməmək üçün büdcənizi ciddi-cəhdlə planlaşdırmalı, bütün maliyyə məsələlərini irəlicədən həll etməlisiniz.
ƏKİZLƏR ağrımayan başlarına dəsmal bağlamamaq üçün həmkarları ilə inadlaşmamalıdırlar. Bütövlükdə həftə mühüm işlərlə bağlı
ölçülüb-biçilmiş qərarlar vermək üçün çox əlverişlidir. Bütün problemlərin öhdəsindən çalışqanlığınız sayəsində gələcəksiniz. Bu dövr yeni biliklər qazanmağa da rəvac verir. Həftə sonu ev-eşiyinizi sahmana salmalısınız.
XƏRÇƏNGLƏR təşkilatçılıq bacarığı və təbii soyuqqanlıq nümayiş etdirib, bu yeddi gün ərzində həlli vacib olan bütün problemlərinin öhdəsindən gələcəklər. Amma atalar tək əldən də səs çıxmaz deyiblər. Yəni hədəflərinizə təkbaşına çatmaq çox çətin olacaqdır, halbuki tərəfdaş və həmkarlarınızla birlikdə çətin yolu asan qət edə bilərsiniz. Bu bürcün bir çox nümayəndələri əks cinsin nümayəndələri ilə gözəl münasibətlər quracaqlar.
ŞİRLƏR maddi nemətlər qazanmağa və ya yeni peşəkarlıq zirvələri fəth etməyə müvəffəq olacaqlar. Bir-birini əvəzləyən uğurlarınız gizli imkanlarınızı üzrə çıxaracaq, daxili potensialınızı hərəkətə gətirəcəkdir. Odur ki, ən müşkül məsələlərin həlli sizə su içmək qədər asan gələcəkdir. Enerjinizi bütünlüklə işinizə yönəltsəniz, misli görünməmiş uğurlara imza ata bilərsiniz. Nailiyyətləriniz ən çox doğma və yaxınlarınızı sevindirəcəkdir.
QIZLAR bu həftə yenə də hadisələrin içində və diqqət mərkəzində olacaq, özlərini lazımlı və gərəkli hiss edəcəklər. Peşəkarlığınız və qeyri-adi təşkilatçılıq bacarığınız layiqli tətbiq sahəsi tapacaq və hər baxımdan gözəl nəticələr verəcəkdir. Maliyyə vəziyyətiniz kifayət qədər sabitdir. Maliyyə durumunuz gəlirlərinizin artması sayəsində bir xeyli yaxşılaçacaqdır.
TƏRƏZİLƏR hədəflərinizə asanlıqla çatmaq üçün daha çalışqan olmalı, bütün işlərində səbir və təmkin nümayiş etdirməlidirlər. İdeya və təşəbbüsləriniz layiqincə qiymətləndiriləcəkdir. Siz yorulmadan işləmək əzmi nümayiş etdirəcək, planlaşdırdığınız bütün işləri həyata keçirəcəksiniz. Yeniliklərdən qorxmayın və cəsarətlə irəli gedin, onda hər bir sahədə yeni zirvələr fəth edə bilərsiniz.
ƏQRƏBLƏR bu həftə yalnız görməli olduqları işlərlə məşğul olmalıdırlar. Perspektiv üçün işləmək və uzunmüddətli layihələr hələlik sizin üçün sərfəli deyildir. İştirahət günlərini işinizlə bağlı olmayan işlərə həsr etməlisiniz. Məsələn, ev-eşiyinizə yaxşıca əl gəzdirməyə ehtiyac var. Bir qədər təşəbbüskarlıq və yaradıcı yanaşma sayəsində mənzilinizin görkəmini büsbütün dəyişdirə bilərsiniz.
OXATANLARIN nüfuzu həmkarlarının gözündə qat-qat artacaqdır. Bunun üçün təşəbbüsü ələ alıb, yeni təkliflər və böyük məsuliyyət hissi ilə silahlanmalısınız. Bütün bunların məntiqi yekunu şəxsi və peşəkarlıq reytinqinizin artması olacaqdır ki, bu da rəhbərliyin gözündən yayınmayacaqdır. Xidməti pillələrlə irəliləmək üçün qarşınızda gözəl imkanlar açılacaqdır.