Keçmiş sevgilisi Rəqsanəyə hücum etdi
0
0
Nərimanov rayon məhkəməsində müğənni Rəqsanə İsmayılovanın Faiq və Fərid Azayev qardaşlarına qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib. Müğənninin Lent.az-a verdiyi xəbərə görə, o, məhkəmədən çıxandan sonra Azayevlərin hücumuna məruz qalıb.
Rəqsanənin sözlərinə görə, Nərimanov rayonu, Vergilər Departamentinin yaxınlığında keçmiş sevgilisi Faiq Azayev onu izləyərək, qarşısını kəsib. Avtomobilinə müxtəlif zərbələr yetirərək, ona zərər vurub.
Hazırda Türkiyəyə yolda düşdüyü üçün danışa bilmədiyini deyən müğənni bildirib ki, faktla bağlı Nərimanov Rayon Polis idarəsinə şikayət edib.
Qeyd edək ki, Rəqsanə İsmayılovanın şikayəti əsasında Azayevlərə qarşı cinayət işi açılıb. Bundan dərhal sonra isə Azayevlər Rəqsanənin özünü məhkəməyə veriblər. Müğənniyə qarşı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Müğənninin keçmiş sevgilisi Faiq Azayev və keçmiş prodüseri Təranə Səmədova da olmaqla 4 nəfər şəxs ittihamla çıxış edib. Rəqsanəyə qarşı ittiham irəli sürən şəxslər müğənninin onlara külli miqdarda borclu olduğunu iddia ediblər. Həmin cinayət işi ilə bağlı istintaq davam etdirilir.