Bu axşam Rafet el Roman Bakıda pulsuz konsert verəcək
27 oktyabr 2012 18:04 (UTC +04:00)

Bu axşam Rafet el Roman Bakıda pulsuz konsert verəcək

0
Lent.az-ın məlumatına görə, dünən gecə saatlarında Bakıya gələn müğənni, bu axşam paytaxtda konsert proqramı ilə çıxış edəcək. Müğənninin budəfəki konsert proqramı Bakıda keçirilən "City Challenge" yarışları çərçivəsində konsert-tədbirlər sırasındadır.

Türkiyəli müğənni saat 20:30-da saat qülləsinin yanında quraşdırılmış səhnədə orkestrlə canlı ifalar təqdim edəcək. Konsertə yerli şou-biznes nümayəndələri də qatılacaq.

Qeyd edək ki, müğənni dekabrın 31-də, Yeni İl gecəsi Qəbələdə yerləşən “Qafqaz Riverside” otelində də konsert proqramı ilə çıxış edəcək.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2415

Oxşar yazılar