Azərbaycanlı milyonçu haqqında yarım milyonluq film çəkilir - FOTO
Rejissorun Lent.az-a verdiyi xəbərə görə, o, hazırda “Sənsiz də yaşamaq olarmış” adlı film üzərində çalışır. Klipmeyker bildirib ki, film Azərbaycanın tanınmış milyonçusunun həyatından bəhs edir.
Rejissor sözügedən milyonçunun adını açıqlamasa da, film barədə danışıb: "Həmin şəxs qəti surətdə adının çəkilməsinə icazə vermir. Filmin ssenarisi milyonçunun özünə məxsusdur. Artıq çəkilişlərə start verilib. Mənə elə gəlir ki, Azərbaycan teleməkanında, eləcə də kinosunda hələ belə bir film layihəsi olmayıb. Kinoya yarım milyondan artıq (500 000 AZN) vəsait ayrılıb. Çünki filmdə helikopter çəkilişləri olacaq. Operatorundan tutmuş, işıqçılaradək bütün çəkiliş heyəti xaricdən gələcək. Kinonun çəkilişlərinin bir hissəsi İspaniyada aparılacaq".
Qeyd edək ki, filmdə baş rolları milyonçunun Moskvada yaşayan Jalə adlı sevdiyi qız və Zöhrab Ağayev canlandıracaq. Zöhrab filmin rejissoru olmaqla yanaşı, baş rollardan biri olan “Psixoloq” obrazını yaradacaq.
Artıq filmin reklam çarxları çəkilib.

Oxşar yazılar

Donald Trampla düşmən olan Teylor Svift evlənir
27 avqust 2025 , 18:05
Britni Spirsdən son evliliyi ilə bağlı təəccüblü ETİRAFLAR
27 avqust 2025 , 15:42
Hande Erçel sevgilisindən ayrılıb? - İDDİA
27 avqust 2025 , 12:02
Varlı ailələrdən çıxan MƏŞHURLAR
27 avqust 2025 , 10:50
Nəsrin Cavadzadə yeni sevgilisi ilə
26 avqust 2025 , 10:15
Sevgi yolunda qurban qadınlar - Alen Delonun 3 məhəbbəti
26 avqust 2025 , 09:24
Rəqsanənin ərinə də cinayət işi açıldı, ölkədən çıxışına STOP QOYULDU
25 avqust 2025 , 16:46