Xalq artisti Bilal Əliyev: “Özümü şou-biznesdə görmürəm ”
16 oktyabr 2012 15:58 (UTC +04:00)

Xalq artisti Bilal Əliyev: “Özümü şou-biznesdə görmürəm ”

Azərbaycanın xalq artisti Bilal Əliyev özünü şou-biznesdə görmür. Lent.az-a açıqlama verən xalq artisti bunları deyib: “Sənət dostlarım məndən inciməsin. Mən şou-biznesi qəbul etmirəm. Heç özümü də şou-biznesdə görmürəm, bu aləmdə yoxam. Bunu hər kəs bilsin. Mən Azərbaycanın xalq artistiyəm, bu ölkənin sənətkarıyam. Telekanallarda özümü reklam etmirəm. 2012-ci ildə telekanallardan bir çox verilişdən dəvət gəldi, ancaq istəmədim çox görünüm. 2013-ci ildə isə efirlərə çox çıxacağam”.



Qeyd edək ki, Xalq artisti Bilal Əliyev yaxın günlərdə solo konsert vermək niyyətindədir. Lakin bu konsertlər Azərbaycandan kənarda olacaq. Sənətçi Avropa turnesinə çıxacaq. Xalq artisti Almaniya, Fransa, İsveçrə və Avstriyada solo konsert proqramı ilə çıxış etmək niyyətindədir.

Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836

Oxşar yazılar