Filipp Kirkorovun Bakı konsertinin yeri dəyişdi
15 oktyabr 2012 15:49 (UTC +04:00)

Filipp Kirkorovun Bakı konsertinin yeri dəyişdi

0
Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun noyabrın 9-da Bakıda keçirilməsi nəzərdə tutulan konserti Heydər Əliyev Sarayında olmayacaq. APA-nın məlumatına görə, konsertin təşkilatçısı olan şirkət tərəfindən Saraya rəsmi məktub ünvanlanıb. Məktubda bildirilir ki, müvafiq təşkilatı problemlərə əsaslanaraq noyabrın 9-u üçün Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsert ləğv olunur.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya konsertin Heydər Əliyev Sarayında keçirilməsinin ləğv olunduğu təsdiqlənib.

Filipp Kirkorovun konsertinin noyabrın 8-də “Baku Crystal Hall” səhnəsində keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2175

Oxşar yazılar