Xatirə İslam toyda dava saldı
13 oktyabr 2012 23:01 (UTC +04:00)

Xatirə İslam toyda dava saldı

Tanınmış müğənni Xatirə İslam toyda dava salıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, təxminən bir saat bundan qabaq Şəkidə “Şəki saray”ında baş tutan Şəki polis rəisinin oğlu Elnurun toyu yarımçıq kəsilib.

Buna səbəb isə Xatirənin mahnı oxuduğu zaman ona yaxınlaşan bir oğlanın müğənnidən mikrofonu istəməsi olub. Bu zaman Xatirə mikrofonu ona verib, həmin şəxs isə Xatirəyə: “Bu gün mənim ad günümdür, məni öpərsən?” deyə soruşub.

Bu istəkdən şoka düşən Xatirə tez mikrofonu oğlanın əlindən alıb. Amma o, toyda dava düşməsinin qarşısını ala bilməyib.

Ad günü olan oğlanla toy sahibləri arasında dava düşüb. Hətta vəziyyət o qədər gərginləşib ki, dalaşan şəxslər araq şüşələri bir-birlərinin başına vurublar.

Xatirə isə toyu yarımçıq tərk edib.

Hazırda o, Bakıya gəlir.

Qeyd edək ki, toyda Xatirə ilə bərabər Xumar Qədimova da iştirak edib
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6987

Oxşar yazılar