Əlikram Bayramov: “Mən toylar şahıyam”
10 oktyabr 2012 10:09 (UTC +04:00)

Əlikram Bayramov: “Mən toylar şahıyam”

0
Elariz Məmmədoğlunun açıqlamasına ilk cavab müğənni Əlikram Bayramovdan gəlib. Lent.az-a açıqlama verən Əlikram Bayramov da özünün rəqibi olmadığını söyləyib: “Şou-biznesdə nəinki Elariz Məmmədoğlu, mən də heç kimi özümə rəqib görmürəm. Çünki mən toyda muğam, estrada, lirika oxuyuram. Yəni hərtərəfli ifaçıyam. Əlikram Bayramovun öz titulu var, bunu bilməyənlər bilsin ki, mən toylar kralı yox, toylar şahıyam” .


Qeyd edək ki, müğənni Elariz Məmmədoğlu Lent.az-a açıqlamasında “Azərbaycan toylarının ən yaxşı aparıcısı mənəm, 6 saatlıq canlı toy aparmağı özümdən başqa bacaran yoxdur” demişdi.


Yalçın Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2066

Oxşar yazılar