
Məşhur teleaparıcını yalançı adlandırdılar
Tanınmış teleaparıcı Zemfira Adıgözəlovanın paparazziliklə bağlı iddiası həmkarları tərəfindən birmənalı qarşılanmayıb. Lent.az-ın məlumatına görə, Lider TV-nin “Fotoşok” verilişinin aparıcısı və bu yaxınlarda başlayacaq “Super kimdir?” verilişinin rejissoru Novruz Məmmədov həmkarını fikirlərinə kəskin etiraz edib. Lent.az-ın məlumatına görə, Novruz Məmmədov bildirib ki, Azərbaycanda paparazzi veriliş yaratmaq onun ideyası olub: “Bu tipli verilişlər və “paparazzi party”lər təşkil etmək mənim ideyam olub. Həmin partilərdə baş verən hadisələri verilişdə yayımlamışıq. Şəxsən mən ideyamı Lider TV-nin rejissoru Anar Hüseynova danışmışam, o da təklifi bəyənərək rejissorluğu öz üzərinə götürüb. Beləcə, “Fotoşok” verilişi yaranıb. Daha sonra Anarla qərara gəldik ki, hazırkı həmkarım Murad Əzimzadə də bizimlə bu layihədə olsun. Verilişimizin adını isə hazırda da “Fotoşok”un redaktoru olan Rahil Kərimov fikirləşib. Demək istəyirəm ki, Azərbaycanda ilk və tək, həm də sırf paparazzi verilişi “Fotoşok”dur, onun da ideya müəllifi də mənəm. Əgər Zemfira “Azərbaycanda paparazziliyi mən yaratmışam” deyibsə, deməli yalan danışıb”.
Qeyd edək ki, Zemfira Adıgözəlova Lent.az-a açıqlamasında Azərbaycanda paparazziliyi özünün yaratdığını iddia etmişdi.
Yalçın Süleymanov
Qeyd edək ki, Zemfira Adıgözəlova Lent.az-a açıqlamasında Azərbaycanda paparazziliyi özünün yaratdığını iddia etmişdi.
Yalçın Süleymanov
Oxşar yazılar

"Şükür edirəm ki, həyatımda sən varsan" - Manananın TƏBRİKİ
12 aprel 2025 , 13:11
Ancelina Colinin ailəsi narahatdır: O, yenidən anoreksiya ola bilər...
11 aprel 2025 , 14:18
Justin Timberlake ilk dəfə Azərbaycanda çıxış edəcək
11 aprel 2025 , 13:55
Məşhur aktrisanın hamamdan görüntüləri hay-küyə səbəb oldu
11 aprel 2025 , 12:54
Hadise bu sevgilisindən də AYRILDI: İLK AÇIQLAMA
11 aprel 2025 , 10:33
Van Damm insan alveri iddialarına cavab verdi
10 aprel 2025 , 13:42
Coşkun Sabahın Hülya Avşarın onu futbolçu Tanju ilə aldatdığına REAKSİYASI
10 aprel 2025 , 10:54